Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:36

«Facebook»da təhlükəli əyləncə?


«Facebook»da tanışlarınla oyun oynamaq və ya hansısa əlavədən istifadə eləmək çox təhlükəli əyləncə ola bilər. «Wall Street Journall»ın bugünkü araşdırmasına əsasən, həmin əlavələr vasitəsilə «Facebook» istifadəçilərinin haqda ən azı bəsit məlumatların icazəsiz götürülməsi halları geniş yayılıb.

Araşdırmada bu əlavələr istifadəçinin profaylında göstərdiyi məlumatları reklamçılar və başqa şirkətlərə ötürməkdə ittiham olunurlar. «Wall Street Journall» «Facebook»dakı azı 10 milyonlarla istifadəçinin kimliyi, e-mail ünvanı, vərdişləri, bəyəndikləri haqda məlumatların sızdığını iddia edir.

YENİ SİSTEM HAZIRLANIR


Hələ ki, bu sızmanın nə qədər müddətdir davam etməsi məlum deyil. Amma «Facebook» şirkətindən bildiriblər ki, onlar şəxsi məlumatların məxfiliyi prinsiplərini pozan əlavələri səhifədən yığışdırırlar. Amma son dönəmlərdə bu cür fəaliyyətlərin sayı inanılmaz dərəcədə artıb. Və indi bunun qarşısını almaq üçün yeni texniki sistem hazırlayırlar.

İcazəsiz məlumat oğurluğunda ittiham olunan «Facebook» əlavələrindən biri «Rap Leaf»in vitse prezidenti Coel Cüit deyib ki, onlar hazırladıqları proqramın heç bu fəaliyyəti haqda xəbərdar olmayıblar. Və bu proqramın yazılması zamanı nəzərdə tutulmayıbmış, yəni qəsdən edilməyib.

Amma araşdırmalar sübut edir ki, «Rap Leaf» «Facebook»dakı ailə ağacı proqramları funksiyaları vasitəsilə istifadəçilər haqda mümkün olan bütün məlumatları toplayıb, onları aralarında Google-un da olduğu şirkətlərə və ya marketinq şirkətlərinə satırmış.

İDDİALAR QƏBUL OLUNMUR


Ümumilikdə «Facebook»da 550 minə yaxın əlavə var. Və bu əlavələrdən «Facebook» həm şəbəkəni daha da genişləndirmək, həm də reklamlar yerləşdirməklə gəlir əldə etmək üçün istifadə edirdi. Şirkət bəyan eləmişdi ki, istifadəçilərin 70 faizə yaxını əlavələrdən istifadə edir. Və əlavələrin ancaq istifadəçi haqda bəsit informasiya – əsl adı və «Facebook» niki haqda informasiyaya çatımları var.

Amma indi 550 min əlavədən azı 12 ən populyar olanlarının istifadəçi haqda məlumatları sızdırması müəyyənləşib. Düzdür, bu əlavələrdən heç biri iddiaları qəbul eləmir. Və ya qəsdən etmədiklərini deyirlər. «Wall Street Journall» Kanada Özəl informasiya Komissiyasının da bu məsələylə bağlı araşdırmalarına istinad eləyib. Və həmin araşdırmalar əslində iyun ayından «Facebook»un baş verənlərdən xəbərdar olduğunu və buna qarşı müəyyən tədbirlər görməyə çalışdığını bildirir.
XS
SM
MD
LG