Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Keçmiş iqtisadiyyat naziri həbs edilib


Ukraynanın keçmiş iqtisadiyyat naziri Boqdan Danilişin oktyabrın 19-da Çexiyada həbs edilib.

Həbsi həyata keçirən Çexiya polisi bildirib ki, eks-naziri Ukrayna tərəfinin interpola göndərdiyi axtarış orderi əsasında həbs ediblər.

Danilişini öz ölkəsində iqtisadi cinayətlərdə ittiham edirlər. O, Viktor Yanukoviç prezident seçiləndən sonra həbs edilən 3-cü keçmiş nazirdir.

Bundan əvvəl Timoşenko kabinetinin gömrük naziri və dövlət enerji şirkəti Naftoqazın rəhbəri də cinayət ittihamları ilə üzləşmişdi. Yuliya Timoşenko bu ittihamları siyasi repressiya adlandırır.
XS
SM
MD
LG