“Bakıda Müslümün adına bir ağac da yoxdur”. Bu sözləri müğənni Müslüm Maqomayevə həsr olunmuş “Sən olmasaydın” (esse, oçerk, portret cizgiləri, xatirələr və fotosənədlər toplusu) kitabının təqdimat mərasimində kitabın müəllifi jurnalist Fazil Rəhmanzadə deyib.
Onun sözlərinə görə, bütün ömrü boyu Azərbaycanı təmsil edən, “Azərbaycan mənim anamdır” -- söyləyən Müslümün adına doğulub boya-başa çatdığı Bakıda nəinki bir müəssisə, heç bir ağac da yoxdur.
MƏRASİM 3 SAAT DAVAM ETDİ
Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təqdimata yığışanlar—ölkənin say-seçmə ziyalıları, sənət adamları, Müslüm sənətinin heyranları üç saat boyunca davam edən mərasimdə müğənniyə olan sevgi və sayğılarını bildirdilər.
“AZƏRBAYCAN”- DEYİB GƏLDİ, “ƏLVİDA, BAKI”- SÖYLƏYƏRƏK GETDİ!
Ölümünün ikinci ili ərəfəsində baş tutan mərasimdə vokalçılar, kitabın redaktorları Fidan və Xuraman Qasımovalar da iştirak edirdilər. Xuraman xanım “dahi” adlandırdığı müğənninin vətən sevgisindən söz açdı və “Müslüm sənətə “Azərbaycan”-deyib gəldi, sonda isə “Əlvida, Bakı!”-söyləyərək bizləri tərk etdi” dedi.
BÜTÜN SEVƏNLƏR BİR YERDƏYDİ
Təqdimat mərasimində Müslümün yaxınları, dostları, həmfikirləri də söz söylədilər. Onların arsında kinorejissorlar Tofiq İsmayılov, Eldar Quliyev, Rüstəm İbrahimbəyov, teatrşünas Məryəm Əlizadə, müğənni Rəşidə Rəşid, elm adamı Urxun Ələkbərov də vardı. Bütün çıxışlardan Müslüm sənətinə heyranlıq, vurğunluq, onun varlığına olan minnətdarlıq duyğusu qaynayıb daşırdı.
“MƏN İKİNCİ DƏFƏ YETİM QALDIM”
Rəşid Behbudovun qızı Rəşidə Rəşid Müslümün atasına olan ehtiramından söz açdı. Onun Moskvada Rəşid Behbudovun şərəfinə düzənlədiyi yubileyi bir də xatırlatdı və “Müslüm Maqomayevin ölümünü eşidəndə mən ikinci dəfə atasız qaldım” - söylədi.
MƏCLİSİN YARAŞIĞI YENƏ MÜSLÜMÜN SƏSİYDİ
Mərasim boyu çıxışçıları müğənninin səsi, mahnıları əvəzləyirdi. O, yenə də sevənləri ilə bir yerdə idi. “Sənsiz”, “Sevgili canan”, “Sənə də qalmaz”, “Əziz anam”, “Sənə minnətdaram” mahnılarını hamı onunla birgə oxuyurdu.
Elə mərasimə toplaşanlar da, çıxışçılar da Müslümün salondan asılmış şəklinə baxaraq bu fikri dönə-dönə təkrar edirdilər: “O, cismən bizdən ayrılsa da, ruhən hər zaman bizimlədir”.
66 yaşında Moskvada vəfat edən Müslüm Maqomayevin oktyabrın 25-də doğulduğu və uyuduğu torpaqda - Bakıda ikinci xatirə ilidir.