Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

«AB Qarabağ münaqişəsinin həllinə köməkdə maraqlıdır»


«Böyük Britaniya və Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistana köməklik göstərməkdə maraqlıdır».

Bunu Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Azərbaycan Dövlət Dillər Universitetində söylədiyi «Azərbaycan və onun Avropada rolu» adlı məruzəsində deyib.

Nazir bildirib ki, Azərbaycan ərazisində mövcud olan həll edilməmiş münaqişə Avropa Birliyini narahat edir, bunun həlli üçün kollektiv səyləri artıra bilərlər. O, son vaxtlar cəbhə xəttində insidentlərin artmasından da narahatlığını bildirib və deyib ki, tərəflərin münaqişəni sülh, davamlı danışıqlar yolu ilə həll etməsinə yardım göstərən Minsk Qrupunun səylərini dəstəkləyirlər:

«Amma belə düşünürəm ki, Avropa Birliyi daha artıq iş görə bilər. Xüsusilə münaqişənin həllindən sonra Azərbaycan və Ermənistana hansısa yardımlar təklif edilməsi mümkündür. Mənim tapşırıqlarımdan biri də Avropa Birliyi və Böyük Britaniyanın artırılmış birgə səylərini hansısa sahələrdə dəyişiklik yarada biləcəyini qiymətləndirməkdir».
XS
SM
MD
LG