Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:20

MSK yalnız gecikmiş müraciətlərə baxacaq


Mərkəzi Seçki Komissiyası bundan sonra yalnız poçt vasitəsilə göndərilən və buna görə gecikən müraciətlərə baxacaq.

Bunu cümə axşamı qrumun iclasında komissiya sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, MSK-ya bu günə qədər 169 müraciət daxil olub.

Baxılan müraciətlərin 128-də dairə seçki komissiyasının qərarı qüvvədə qalıb, 41 müraciətlə bağlı MSK-da müsbət qərar qəbul olunub, 4 nəfər isə öz ərizəsi ilə müraciətini geri götürüb.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.
XS
SM
MD
LG