Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:45

«Fətullayevin səhhətində problem yoxdur»


«Eynulla Fətullayevin səhhətində problem yoxdur».

Vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, dünən Eynulla Fətullayevlə görüşüb və onun səhhəti normaldır.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin sədri Mehman Sadıqov isə bildirib ki, əgər jurnalistin səhhətində hər hansı problem yaransa, bütün lazımi tədbirlər görüləcək.

«Onun səhhətində hazırda heç bir problem yoxdur. Əgər problem yaransa, həkim müdaxiləsi olacaq».

Eynulla Fətullayevə dəstək olan həmkarlarının isə səhhətində problem yaranıb. Şahvələd Çobanoğlu bildirib ki, oktyabrın 21-də Elçin Həsənovun təzyiqi aşağı düşüb. Qan Turalının isə astma xəstəliyi olduğundan səhhətində problem yaranıb.

Aksiyanın keçirildiyi Müsavat Partiyasının qərargahına həkim çağırılıb.

Lakin jurnalistlər həkimin yardımından imtina ediblər.

Sabahdan isə aksiyaya daha iki nəfər Seymur Baycan və Rövşən Hacıyev də qoşulacaq.

Eynulla Fətullayev oktyabrın 19-dan saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir. Həmkarları isə oktyabrın 20-dən ona dəstək olaraq aclıq edirlər.

Onlar Avropa İnsan Hüquqları Məhkəməsinin aprelin 22-də çıxardığı və oktyabrın 4-də qüvvədə saxladığı qərarın icra olunmasını tələb edirlər. Məhkəmənin qərarına görə, Eynulla Fətullayev azadlığa buraxılmalı və ona 27 822 avro təzminat ödənməlidir.




XS
SM
MD
LG