Çeçenistanda 4 ailədən 1-i qızı qaçırmaqla qurulur. Bunu Çeçenistanın insan haqları təşkilatları deyir.
....Çeçen qadını Daqmara xatırlayır ki, onun oğlu orta məktəbdə oxuyanda - 1999-cu ildə öz sinif yoldaşını qaçırıb, evləndi.
“Oğlum 3 yoldaşı ilə birlikdə qızı maşına basıb, qaçıranda qız qışqırırmış ki, o, oxuyub , iş adamı olmaq istəyir, evdə toyuq kimi oturmaq istəmir”.
Ancaq nə olsun. Elə həmin gün oğlanın və qızın qohumları öz aralarında danışıb, toy eləmək qərarını verdilər....
QIZ QAÇIRMAĞA MÜHARİBƏ
İndi Çeçenistan prezidenti Ramzan Kadırov qız qaçırmağa müharibə elan edir.
O söz verir ki, qız qaçıran 1 milyon rubl ( 33500 dollar) cərimə olunacaq. Bu, indiyədək olan cərimənin 30 dəfə qaldırılmasıdır.
Hazırda qız qaçırmağa cərimə təxminən 1100 dollardır.
Prezident söz verir ki, qız qaçırana cinayət məcəlləsinin adam oğurlama maddəsi tətbiq olunacaq. Bu maddə 4 ildən 20 ilə kimi həbs cəzası nəzərdə tutur.
Kadırov deyib ki, cəza elə olmalıdır ki, qız qaçıran əvvəlcə “yüz dəfə fikirləşsin”.
Qız qaçırmaq Çeçenistanda onsuz da təhlükəli işdir. Keçən il qızının qaçırıldığını dərhal bilən valideynlər onun qaçırıldığı maşını qovanda, həmin maşın dağdan aşdı, içindəkilərin hamısı həlak oldu.
QIZ ÇOX VAXT QAÇIRANI HEÇ GÖRMƏYİB
Ən böyük zərbə isə istənilən halda qaçırılan qıza dəyir.
Human Rights Watch təşkilatından olan Tanya Lokşina deyir:
“Bəzən qaçırılan qız onu qaçıranı heç tanımır və heç vaxt görməyib. Çox vaxt qızlar qaçırılandan sonra da tanımadıqları adama ərə getmək istəmirlər. Onda ortaya qızın qohumları çıxırlar. Qızı “başa salırlar ki, bizi biabır eləmə”.
Yerli müsəlman ruhanilərinin çoxu qız qaçqırmağı islama zidd adlandırır.
Dini dərs deyən İmam Məhəmməd deyir ki, “qız qaçırmaq mənəviyyata ziddir və bunu Quran qadağan edir. Mənim arzum odur ki, ailələr qız qaçırmaqla qurulmasın”.