«Peşəmlə bağlı kitabların azlığından çox əziyyət çəkirəm. Hətta kitabxanalarda da axtardığımız kitabları tapa bilmirik.
Bura gələndən 5 kitaba baxmışam, ancaq mənə gərək olan informasiyanı hələ də tapa bilməmişəm».
Bu sözləri Milli Kitabxananın oxu zalında qarşılaşdığım BDU-nun jurnalistika fakültəsinin tələbəsi Ləman Fətullayeva deyir.
Ləman Fətullayevanın sözlərinə görə, universitetin kitabxanasında da durum eynidir. Gərəkli ədəbiyyatı tapmaq müşküldür.
«TƏLƏBƏLƏRİ HEÇ DÜŞÜNƏN YOXDUR…»
«Yeni çap olunan kitablar universitetə sayla verilir. Ən çoxu 40-50 ədəd.
Onu da kafedralara paylayırlar, kitabxanalara vermirlər. Kafedralardan da kitab almaq mümkün deyil. Tələbələri heç düşünən yoxdur.
Ona görə də üz tutduğumuz yeganə yer Milli Kitabxanadır».
Oxu zalında Sumqayıt Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil alan Fikrət Əmirli də eyni fikirdə idi. Onu da Sumqayıtdan Bakıya gətirən səbəb universitet kitabxanasının kasadlığıdır:
«İQTİSADİYYAT ÜZRƏ KİTABLAR ÇOX AZDIR…»
«Bizim universitet daha çox humanitar sahələr üzrə ixtisaslaşıb. İqtisadiyyat üzrə kitablar çox azdır.
Dərsliklərdə isə bütün sahələr əhatə olunmadığından əlavə ədəbiyyat axtarmağa məcburuq.
Bu kitablardan satışda var. Ancaq baha olduğu üçün hamısını ala bilmirik. Ən yaxşısı elə kitabxanaya gəlməkdir».
Masaları, oturacaqları köhnə, sınıq-salxaq olsa da, oxu zalı demək olar dolu idi. Şöbənin əməkdaşı Ədibə İsmayılova deyir ki, həftəsonu oxu zalında əsl qələbəlik yaşanır.
Oxu zalının sakitliyini pozmamaq üçün şöbənin əməkdaşı Ədibə İsmayılova ilə foyedə, söhbət edirik. O isə deyir ki, 4 milyon yarımdan da çox kitab fondu olan Milli Kitabxanada kitab əldən düşmür:
«Kitabxanada dövri mətbuat zalı, xarici ədəbiyyat şöbəsi, arxiv, nadir fond xidməti var. Kataloqlar elektronlaşdırılıb.
Ən çox kitabxanaya gələn tələbələr, elmi araşdırmalarla məşğul olanlardır. Hərdən deyirlər ki, kitab oxuyan yoxdur, maraq azalıb ancaq belə deyil. Əksinə kitabxanada şərait yaxşılaşdıqca, gələnlərin sayı artır».
- Gündə kitabxanaya təxminən nə qədər oxucu gəlir?
- Həftəarası günlər 600-700, həftəsonu isə 1200-ə qədər oxucu olur.
AZƏRBAYCANDA MİNDƏN ÇOX KİTABXANA VAR
Rəsmi statistikaya görə, Azərbaycanda 1141 kitabxana var. 2008-2013-cü illərdə ölkədə kitabxana-informasiya sisteminin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunub.
Proqram üzrə 6 ildə kitabxana fondlarının yeni nəşrlərlə zənginləşdirilməsi, kompüterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin yaradılması, yeni kitabxana binalarının tikilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulur.
İmişli Rayon Mərkəzi Kitabxanasında çalışan Rəhilə Həsənli deyir ki, dövlət proqramı təsdiq olunandan sonra rayonda kitabxana sistemində xeyli yeniliklər edilib:
«Kəndlərdə yeni kitabxanalar tikilib. Buna qədər hamısı bərbad durumda idi. Yeni avadanlıqlar alınıb.
Bütün kitabxanalara yeni, latın qrafikası ilə çap olunan 1000-dən artıq ədəbiyyat verilib. Durum xeyli dəyişib. Bir müddət öncəyə qədər hər şey çox sönük idi. Ancaq indi canlanma var.
Rayon Mədəniyyət İdarəsi kitabxanalara tələbat çox olan kitablarla bağlı sorğu göndərmişdi. Siyahılar tərtib olundu. Tələb edilən kitabların xeylisini artıq almışıq».
- Kitabların saxlanma şəraiti, istilik sistemlərinin quraşdırılması nə yerdədir?
- Kitabxanalarda qaz qızdırıcıları quraşdırılıb. Təbii qaz olsa, istilik problemi olmayacaq.
«SOVET KİTABXANA SİSTEMİNDƏN İMTİNA EDİLMƏLİDİR»
Bakının Badamdar qəsəbəsində yerləşən N. Nərimanov adına Kütləvi Kitabxananın direktoru Arzu Soltan da deyir ki, dövlət proqramı qəbul ediləndən sonra kitabxanalara diqqət artıb.
Kitabxanalara yeni kitablar da verilir, mebellər də təzələnir, binalar təmir edilir. Ancaq bütün bunlara baxmayaraq əhali arasında kitabxananın populyarlığını qaytarmaq mümkün olmayıb.
Arzu Soltanın fikrincə, bunun üçün ilk sırada sovet kitabxana sistemindən imtina edilməlidir:
«Bu yaxında Norveçdə, Tromso şəhərində oldum. Bu şəhərlə paytaxtı 30 saatlıq dəmir yol xətti ayırır. Ancaq bu əyalət şəhərində elə bir kitabxana gördüm ki, hələ də onun təəssüratından ayrıla bilmirəm.
O binanı Azərbaycanda ancaq Respublika binası ilə müqayisə edə bilərəm – ixtisaslaşmış oxu zalları, çoxsaylı şöbələri. Bura gələnlər yalnız konkret ədəbiyyat ardınca gəlmirlər.
Biri qəzet oxuyur, biri internetlə məşğul olur, kimsə film seyr edir».
Arzu Soltan deyir ki, bu praktikalar Azərbaycana gətirilməlidir. Kitabxananın statusunu inkişaf etdirmək gərəkdir ki, kitabxana daha artıq informasiya qaynağına çevrilə bilsin.
Arzu Soltan deyir ki, rəhbərlik etdiyi kitabxana Azərbaycanda işləyən bir sıra beynəlxalq qurumlarla belə layihələri gerçəkləşdirməyə başlayıb.
Kitabxanaya gələn oxucuların çoxu məktəblilər olduğu üçün yeni layihələr də elə onlara hesablanıb:
«Badamdar qəsəbəsindəki parkda vaxtaşırı səyyar kitabxana keçiririk.
Uşaqlar gəlir, maraqlanır, kitab oxuyur. Bu yaxınlarda BP şirkəti ilə birgə uşaqlar üçün ekologiya, karyera qurmaq, peşə seçməklə bağlı təlimlər təşkil etmişdik.
İndi BP ilə «Leqo-Robtlar» layihəsi davam edir. BP-nin mütəxəssisləri oxucumuz olan uşaqlara kompüter proqramlaşdırması üzrə təlim keçirlər.
Noyabrın 18-də isə azyaşlı oxucularımızı Səngəçaldakı Xəzər Enerji Mərkəzində ekskursiyaya aparacağıq. Burada uşaqlara neftin tarixi, neftin çıxarılması, emalı ilə bağlı informasiya veriləcək».
Arzu Soltanın fikrincə, belə layihələr oxucu yetişdirmək üçün olduqca vacibdir.
Bakı Kitab Klubunun rəhbəri Elxan Rzayev də Arzu Soltanın Azərbaycanda kitabxanalarının statusunun bütünlüklə dəyişdirilməsi fikrini bölüşür.
Onun sözlərinə görə, kitabxanalar oxucuların zövqünə uyğun modernləşdirilməlidir:
«OXUCULAR ÜÇÜN İNTERNET İMKANI YARADILMALIDIR»
«Oxucuların kitabxana fondunun yaradılmasında iştirakı təmin olunmalıdır.
Oxucu kitabxanada olanları oxumaq məcburiyyətində qalmamalıdır. Əksinə, oxucunun sifariş verdiyi kitab alınıb kitabxananın fonduna daxil edilməlidir.
Bundan başqa kitabxanaların hər birində rahat oturmaq, çay, qəhvə içmək imkanı olmalıdır, kataloqlar elektronlaşdırılmalıdır, oxucular üçün internet imkanı yaradılmalıdır.
Bir sözlə, kitabxananın xidmət sahələri genişləndirilməli və müasirləşdirilməlidir».
Elxan Rzayev onu da deyir ki, bu tədbirlər həyata keçirilmədikcə, kitabxanaların əski şöhrətini geri qaytarmaq mümkün olmayacaq.
Həmçinin oxu
Kitablar və şərablar eyni rəfdə