Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan prezidenti İlham Əliyev və ermənistanlı həmkarları Serj Sarkisyanı oktyabrın 27-i Həştərxanda Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti danışıqlara dəvət edib. Xəbəri Kremldəki mənbələr yayıb.
Azərbaycan XİN-in sözçüsü Elxan Poluxov AzadlıqRadiosuna deyib ki, prezidentlərin görüşündə hansı məsələlərin gündəmə çıxarılacağı haqda informasiyan prezident administrasiyasındadır. Prezident Administrasiyası isə görüşlə bağlı hələ heç bir açıqlama vermir.
Politoloq Eldar Namazov isə deyir ki, Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarov Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqları ilə bağlı yaxın günlərdə mediaya bir neçə dəfə açıqlama verib. Ancaq bununla belə, o, bu görüşü gözlənilməz sayır:
«YOL XƏRİTƏSİ»NİN HAZIRLANMASI GÜNDƏMƏ GƏLİB»
«Məncə, Rusiya tərəfin fəallaşması bu yaxınlarda Astanada ATƏT-in zirvə görüşünün planlaşdırılması ilə bağlıdır. Zirvə görüşündə Qarabağla bağlı ciddi müzakirələr gözlənilir. O sıradan bir sıra yeni təkliflər, «Yol xəritəsi»nin hazırlanması gündəmə gəlib. Belə təşəbbüslər Rusiya üçün problemlər yaradır. Ona görə də Astana görüşündən öncə Rusiya prezidenti istəyir ki, Azərbaycan və Ermənistan prezidentləri ilə hansısa məsələləri razılaşdırsın».
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin başçısı Mübariz Əhmədoğlu isə deyir ki, münaqişənin nizamlanmasına maneəni Ermənistanın yaratdığı hər kəsə bəllidir. Onun fikrincə, Rusiyada da çalışır ki, Ermənistanı ədalətli yola gətirsin. Əhmədoğlu onu da bildirir ki, Rusiya bu təklifi ATƏT-in Minsk qrupunun qalan iki həmsədri ilə də razılaşdırıb.
«RUSİYA ÖZBAŞINA HƏRƏKƏT ETMİR»
«Buna qədər 2 dəfə ATƏT-in Minsk Qrupunun Birləşmiş Ştatlar və Fransadan olan həmsədrləri bəyanat verərək Rusiyanın aktivliyinə rəğbət bildiriblər. Bu həm də o deməkdir ki, Rusiya belə zirvə görüşlərinin təşkilində heç də özbaşına hərəkət etmir».
Eldar Namazovdan fərqli olaraq Mübariz Əhmədoğlu Kremlin təşəbbüsünü gözlənilməz saymır:
Medvedyev 2 gün öncə Dovildə Fransa və Almaniya rəhbərləri ilə keçirilən görüşdə təxminən sensasion bəyanat verərək bildirdi ki, Rusiya MDB məkanında hətta həllolunmaz görünən münaqişələri həll edə bilər. Medvedyev diplomatik ifadələr işlədərək «ümid edirik», «çalışarıq» yox, məhz «həll edə bilərik» dedi. Həmin bəyanatdan 2 gün sonra Rusiya prezidenti Azərbaycan və Ermənistan prezidentlərini Həştərxana dəvət etdi.
Politoloq Zərdüşt Əlizadə isə məsələyə daha qlobal yanaşmanın tərəfdarıdır. Onun fikrincə, prezidentlərin görüşünün İrana sanksyalar məsələsinin gündəmdəykən keçirilməsi diqqətdən kənarda qalmamalıdır:
«MÜNAQİŞƏNİ QIZIŞDIRAN, KÖRÜKLƏYƏN, İDARƏ EDƏN RUSİYADIR»
«Münaqişəni qızışdıran, körükləyən, idarə edən tərəf Rusiyadır. Rusiya münaqişəni istədiyi müddətə dondura bilər, formasını dəyişə bilər».
Eldar Namazov da deyir ki, Rusiyanın belə bir təşəbbüs irəli sürməsi həm də Qarabağ münaqişənin nizamlanması ilə bağlı öz rolunu qabartmaq niyyətindən xəbər verir:
«Rusiya prezidentinin təşkil etdiyi bu silsilə görüşləri yada salsaq bunu əyani görərik. Məncə, burada həm də Rusiyanı narahat edən məqamlar var. Ermənistan yeniləşmiş Madrid prinsiplərinə razılıq verməyəndən sonra beynəlxalq qurumlar, o sıradan ATƏT yeni təşəbbüslər irəli sürməyə başlayır. Ancaq həm Ermənistan, həm Rusiya Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə saxlanmasının tərəfdarıdır. Yeni təşəbbüslər isə durumu kökündən dəyişə bilər. Ona görə də çox güman, Rusiya Azərbaycanı hansısa məsələyə razı salmağa çalışır».
Eldar Namazov prezidentlərin görüşündən ciddi dəyişiklər gözləmədiyini də bildirir.