Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:29

Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarı Ali Məhkəməyə çatıb


Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı Ali Məhkəməyə çatıb. Bunu AzadlıqRadiosuna Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli deyib.

Amma mətbuat katibi Ali Məhkəmənin Plenumunda məsələyə nə vaxt baxılacağı barədə konkret fikir söyləyə bilməyəcəyini bildirib.

Avropa İnsan Haqları Məhkəməsi bir neçə gün əvvəl Eynulla Fətullayevin Azərbaycana qarşı iddiası ilə bağlı yekun qərarını açıqlayıb.

Qərara görə, E. Fətullayev azadlığa buraxılmalı, ona 28 min avro təzminat ödənməlidir.
XS
SM
MD
LG