Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:34

HRW: «Azad sözə hücumlar seçkiyə təhlükədir»


Eynulla Fətullayevin azadlığa buraxılması üçün aclıq aksiyası, Bakı 24 oktyabr 2010
Eynulla Fətullayevin azadlığa buraxılması üçün aclıq aksiyası, Bakı 24 oktyabr 2010
«Həbsdəki jurnalistləri azad edilməli, hökuməti tənqid etməyi cinayət tərkibi edən qanunlar ortadan qaldırılmalıdır».

«Human Rights Watch» təşkilatının oktyabrın 26-da açıqladığı hesabatda deyilir ki, Azərbaycan hökuməti müxalif fikirli jurnalistləri susdurmaq üçün cəza qanunlarından və zorakı hücumlardan istifadə edir.

«Çoxlu sayda jurnalistə qarşı məhkəmə işləri başlanmış, bəziləri həbs olunmuş və ya cərimələnmişdir. Polis cəzasızlıq mühitində jurnalistlərə qarşı fiziki zorakılıqdan istifadə edərək jurnalistlərin ictimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı apardıqları araşdırmalara qəsdən və məqsədli şəkildə müdaxilə edir».

Human Rights Watch təşkilatının 94 səhifəlik «Döyülən, Damğalanan və Barmaqlıqlar arxasında saxlanılan: Azərbaycanda İfadə Azadlığı Məkanının Yox Olması» adlı yeni hesabatı hökumətin ifadə azadlığının məhdudlaşdırma səylərini əks etdirir.
«Həbsdə olanların taleyi ilə rastlaşmamaq üçün digər jurnalistlər bəzi mövzular barədə, xüsusilə hökumətin tabu qoyduğu məsələlər barədə, yazmamağa üstünlük verirlər və bununla da tədqiqatçı jurnalistikanı məhdudlaşdırırlar»


SEÇKİYƏ TƏHLÜKƏ?


«Hökumət həbsdəki jurnalistləri azad etməlidir. Jurnalist və hüquq müdafiəçilərinin hökuməti tənqid etdiyi zaman onlara qarşı hökumət rəsmiləri və digərləri tərəfindən istifadə olunan cinayət tərkibli qanunlar ortadan qaldırılmalıdır. Cəzasızlıq mühitində jurnalistlərə qarşı törədilən zorakılıq və təhdidlər araşdırılmalıdır».

Təşkilatın hesabatında deyilir ki, azad sözə qarşı olunan hücumlar noyabrın 7-nə təyin olunan seçkilərin hüquqiliyinə təhlükə yaradır. «Azad və ədalətli seçkilərin keçirilməsi üçün işlək ictimai müzakirə çox vacib meyardır», hesabatın müəllifi və təşkilatın Cənubi Qafqaz üzrə tədqiqatçısı Qiorqi Qoqia belə deyir. «İnformasiya yayıcılarının həbs olunduğu və ya qorxudularaq susdurulduğu bir mühitdə azad və ədalətli seçkilər keçirilə bilinməz».

Son üç ildə ən azı 9 jurnalist Azərbaycandakı təqiblərdən qaçaraq xaricdə siyasi sığınacaq üçün müraciət edib.
NƏZƏR YETİR:

«Human Rights Watch» təşkilatı Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılması hallarını bir neçə ildir ki, yaxından müşahidə edir. Bu hesabat hazırlanması üçün, «Human Rights Watch» təşkilatı Azərbaycanda 37-dən çox yazılı mətbuat və radio nümayəndələri və redaktorlarla bu ilin iyun ayında görüşlər keçirib.

XARİCİ RADİOLARIN YAYIMI BƏRPA OLUNMALIDIR


Azərbaycan rəsmi dövlət senzurasını 1998-ci ildə ləğv edib. Amma, hökumət mətbuat və ifadə azadlığını məhdudlaşdırmaq üçün digər vasitələrdən istifadə etməyə başlayıb. Təqib və polis zorakılığı ilə yanaşı, 2009-cu ildə qanunvericiliyə edilən hüquqi dəyişikliklərin nəticəsi olaraq şəxsin icazəsi və xəbəri olmadan, hətta ictimai tədbirlərdə də, jurnalist tərəfindən onun video, fotoçəkilişinin və ya səsinin yazılması məhdudlaşdırılıb. Həmin ildə hökumət FM dalğalarında yayınlanan xarici radioların yayımına da qadağa tətbiq edib. «Human Rights Watch» təşkilatı bildirir ki, lazımsız məhdudiyyətlər ortadan qaldırılmalı və xarici radioların yayımının bərpasına icazə verilməlidir.

Hesabatda deyilir ki, dövlət rəsmiləri son bir neçə ildə jurnalistlərə, hökuməti tənqid edən və ya hüquq pozuntularını törədənləri ifşa edən edən QHT nümayəndələrinə qarşı çoxlu sayda böhtan və təhqirə görə cinayət təqibi (diffamasiya) ittihamları irəli sürüb.

İNSANLARIN AÇIQ DANIŞMASINA ŞƏRAİT YARADILMALI


«Human Rights Watch» təşkilatı bildirir ki, böhtan və təhqirə görə cinayət təqibi (kriminal diffamasiya) qanunları azad sözə qarşı ciddi təhlükə riski yaradır və aradan qaldırılmalıdır. Xüsusilə, məsələ ictimai maraq daşıyanda və ictimai xadimləri əhatə etdiyində, fərdin nüfuzuna ziyan vurur kimi iddialara görə cinayət təqibi lazımsız və qeyri-mütənasib cavabdır. Siyasətçilər və digər ictimai xadimlər adi vətəndaşlardan fərqli olaraq tənqidə daha dözümlü olmalı və öz davranışlarına daha ciddi nəzarət etməlidir.

Qiorqi Qoqiaya görə ictimai əhəmiyyət daşıyan məsələlərlə bağlı informasiya yayanlara qarşı hüquqi tədbirlər, xüsusilə cinayət işləri, əslində hökumət tərəfindən senzura tətbiq etmək üçün atılan şübhəli bir cəhddir. «Hökumət insanları cəzalandırmadan onların açıq danışmasına şərait yaratmalı və bunu dəstəkləməlidir», Qoqia bildirir.

TƏDQİQATÇI JURNALİSTİKA MƏHDUDLAŞDIRILIR


Təşkilatın bildirdiyinə görə, hökumətin tənqidçisi və ölkənin iki məşhur qəzetinin redaktoru və qurucusu olan Eynulla Fətullayevə qarşı siyasi motivli ittiham azad sözə qarşı törədilən ən pis nümunələrdən biridir.

Digər həbsdə atılmış iki tənqidçi 2009-cu ilin iyul ayında restoranda təşkil edilmiş bir hücumun qurbanları olan Emin Milli və Adnan Hacızadədir. Bu epizodun nəticəsi kimi onlar xuliqanlıqda günahlandırılıb həbsə məhkum ediliblər.

Qiorqi Qoqia hesab edir ki, Fətullayev və bloqqerlərin məsələsi digər jurnalist və redaktorların fəaliyyətinə mənfi təsir edir. «Həbsdə olanların taleyi ilə rastlaşmamaq üçün digər jurnalistlər bəzi mövzular barədə, xüsusilə hökumətin tabu qoyduğu məsələlər barədə, yazmamağa üstünlük verirlər və bununla da tədqiqatçı jurnalistikanı məhdudlaşdırırlar», deyə Qoqia bildirir.

«Hökumət düşünür ki, jurnalistləri susdurmaq və qorxutmaqla özünü qoruyacaq. Amma, bunu etməklə Azərbaycan hökuməti regionda ən çox jurnalist həbs edən lider ölkə kimi beynəlxalq diqqəti özünə çəkmiş olur», deyə Qiorqi Qoqia bildirir.
XS
SM
MD
LG