Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:30

«Sizin sağlamlığınız Azərbaycana çox lazımlıdır»


Xaricdə yaşayan bir qrup siyasi mühacir və diaspora təşkilatı nümayəndəsi məhbus jurnalist Eynulla Fətullayevdən aclıq aksiyasını dayandırmağı xahiş ediblər.

Fikrət Hüseynli, Sabir Budaqov, Eldəniz Yusifov, Teymur Eminbəyli və başqalarının imzaladığı müraciətdə deyilir ki, «sülalə diktaturasına qarşı savaşan jurnalistlərin, demokratların» öz sağlamlıqlarına zərər vurmağa haqları yoxdur:

«Sizin sağlamlığınız Azərbaycan üçün çox lazımlıdır. Sizlər özünüzü qorumalısınız ki, sülalə diktaturasına qarşı mübarizə zəifləməsin».

Müraciətdə oda bildirilir ki, xaricdə yaşayan polkovnik İsa Sadıqovun təklifi ilə azərbaycanlı siyasi mühacirlərin Eynulla Fətullayevə dəstək vermək üçün Avropa Şurasının ofisi qarşısında aclıq aksiyasını keçirmək təklifi müzakirə olunur.

Oktyabrın 19-dan jurnalist Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinin aprelin 22-də çıxardığı qərarın icra olunması tələbi ilə Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. Həmin qərar Eynulla Fətullayevin azadlığa buraxılmasını və ona 28 min avroya yaxın təzminat ödənməsini nəzərdə tutur.

Oktyabrın 20-dən isə jurnalistlər Eynulla Fətullayevə dəstək olmaq üçün aclıq aksiyasına başlayıblar.

Jurnalist Eynulla Fətullayev 2007-ci ildə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar bu hadisəni pisləyib və dəfələrlə Azərbaycan rəhbərliyini jurnalisti azad etməyə çağırıblar.
XS
SM
MD
LG