“Sərhədsiz reportyorlar” təşkilatının nümayəndəsi Jil Lordet Azadlıq Radiosuna müsahibəsində deyib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq azərbaycanlı jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmamasından ciddi narahatlıq keçirirlər.
“Biz Azərbaycan hakimiyyətinin jurnalistin dərhal azadlığa buraxılması ilə bağlı qərarı qulaqardına vurmasından narahatıq.
Avropa İnsan Haqları Məhkəməsinin qərarını tam dəstəkləyirik.
Hesab edirik ki, Eynulla Fətullayev daha həbsxanada qalmamalıdır”.
Jil Lordetə görə, Azərbaycan hakimiyyəti qərarı dərhal yerinə yetirməməklə başqa jurnalistlərə göstərmək istəyir ki, ölkədə öz fikrini azad şəkildə ifadə etmək olmaz.
“Demək istəyirlər ki, əgər sən müstəqil jurnalist, araşdırmaçı jurnalist olmaq istəyirsənsə, bu bizim ölkədə mümkün deyil”.
“Sərhədsiz reportyorlar” təşkilatının nümayəndəsi bildirir ki, Avropa ölkələrində Avropa İnsan Haqları Məhkəməsinin qərarının icra edilməməsi halları çox nadirdir.
“Hər halda jurnalistin dərhal azad edilməsi ilə bağlı qərarın yerinə yetirilməməsi faktı mənim yadıma gəlmir”.
Jil Lordetə görə, Avropa Birliyinin Azərbaycanla əməkdaşlıq edən ölkələri Azərbaycanda insan haqlarının vəziyyəti ilə lazımınca maraqlanmırlar.
“İnsan haqlarına hörmət edilməsi Avropa Birliyi ölkələrinin Azərbaycanla əməkdaşlığının tərkibinə daxil edilməlidir.
Biz bir müddət qabaq Amerikanın dövlət katibi Hillari Klinton və prezidenti Barak Obamanın Azərbaycan rəhbərliyini həbsdəki bloggerlər Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılmasına çağırmasını eşitməyimizə çox sevindik.
Amma həm də çox təəssüflənirik ki, Avropa ölkələri bu məsələdə Amerika kimi hərəkət etmirlər”.
“Sərhədsiz reportyorlar” təşkilatının nümayəndəsi deyir ki, ildən-ilə Azərbaycanda müstəqil jurnalist olmaq çətinləşir.
“Jurnalistlərə qarşı təzyiqlər və zorakılıqlar artmaqdadır.
Düzdür İnternetdə hələ də bir çox müxalif səsləri eşitmək olar.
Amma biz çox pessimistik və beynəlxalq təşkilatları Azərbaycana daha çox təqzyiq etməyə çağırırıq”.