Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

“Xarici müşahidəçilərin, jurnalistlərin viza problemi yoxdur”



Ölkəyə gəlişləri əvvəlcədən planlaşdırılan beynəlxalq müşahidəçilərin, eləcə də xarici KİV nümayəndələrinin vizalarını almaları ilə bağlı bütün problemlər həll olunub. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
"Beynəlxalq müşahidəçilərin viza almaqla bağlı problemləri bəzi KİV nümayəndələrinin uydurmasıdır", - o deyib.
Oktyabrın 15-dən ölkəyə viza qaydalarında dəyişiklik olub. İndi xarici vətəndaşlar Azərbaycanın xaricdəki səfirlikləri vasitəsi ilə viza ala bilərlər.
Bəzi yerli təşkilatlar iddia edirlər ki, hakimiyyət parlament seçkiləri qabağı bu qyadanı tətbiq etməklə ölkəyə arzuolunmaz şəxslərin gəlməsinin qarşısını almağa çalışıb.
Parlament seçkiləri noyabrın 7-də keçiriləcək.
XS
SM
MD
LG