Keçid linkləri

2024, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:03

“Telekanallarda seçkilərlə bağlı neqativ halların işıqlandırılması yox dərəcəsindədir”


“Telekanallarda seçkilərlə bağlı neqativ halların işıqlandırılması yox dərəcəsindədir. Heç bir telekanalda seçkilər mövzusunda müzakirə və ictimai debat xarakterli verilişlər müşahidə edilməyib”.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Media Monitorinqi İnstitutunun parlament seçkiləri dövründə apardığı monitorinqdə belə deyilir.

Bildirilir ki, telekanalların əksəriyyəti əsasən hakim partiyanın və onun nümayəndələrinin işıqlandırılmasına üstünlük verib.

Monitorinqə görə, telekanalların əksəriyyəti seçkidə iştirak edən bütün tərəflərin işıqlandırılmasına, müxtəlifliyə yol verməyib. Hakim Yeni Azərbaycan Partiyasının sədri, eyni zamanda prezident olan İlham Əliyevin geniş və əsasən pozitiv tərzdə işıqlandırılması davam edib. Eyni zamanda qeyd olunur ki, ilkin monitorinq dövründə olduğu kimi, “Lider” telekanalı müxalif siyasilər barədə “qara piar” xarakterli məlumat yayıb.

Radiolara gəlincə, parlament seçkiləri ilə bağlı yalnız xəbərlərdə əsasən ümumi məlumatlara rast gəlindiyi deyilir.

Oktyabrın 8-dən 17-dək aparılan monitorinq 8 ümumrespublika telekanalını və 10 radiostansiyanı əhatə edib. Layihə ATƏT-in Bakı ofisi tərəfindən dəstəklənir.
XS
SM
MD
LG