Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:31

Nazirlik elektron səsvermə sistemi hazırlayıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi parlament seçkilərində ictimai rəyin öyrənilməsi məqsədilə elektron səsvermə sistemi hazırlayıb və bu sistemi işlədə biləcək qeyri-hökumət təşkilatı axtarır. Nazirliyin rəsmi saytında verilən elana görə, elektron hökumət sisteminin “Elektron səsvermə və ictimai rəyin öyrənilməsi” komponenti vətəndaşların qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə qeydiyyata alınmış namizədlərə elektron səsvermənin keçirilməsinə imkan verir. Seçiləcək QHT səsvermə günü komponentin fəaliyyətini təşkil edəcək.

Nazirliyin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyevin sözlərinə görə, internet saytda elektron səsvermə zamanı vətəndaş şəxsiyyət vərəqəsindəki PİN koddan istifadə edəcək:

«Vətəndaşlar yalnız qeydiyyatda olduğu dairə üçün səs verə bilərlər. Səsvermədə yalnız seçki yaşına çatmış vətəndaşlar iştirak edə bilərlər. “Bir nəfər-bir səs” prinsipi təmin edilir. Bu səsvermə ictimai rəyin öyrənilməsi məqsədilə aparılır, heç bir hüquqi əsası yoxdur».

İsfəndiyar Əliyevə görə, bu, bir növ “exit-poll”u xatırladır, amma ondan fərqli cəhətləri var. Şöbə müdiri deyir ki, gələcəkdə bu sistemdən hüququ olan səsvermədə istifadə edilə bilər, amma bunun üçün əvvəlcə qanunvericilik bazası olmalıdır:

«Sistemi işlədəcək hüququ veriləcək QHT-lərin hansı üstünlüyü olmalıdır» sualının cavabında İsfəndiyar Əliyev deyib ki, seçim zamanı QHT-nin kadr potensialı, seçkiləri izləməyə hüququ olan təşkilat olmalıdır.
XS
SM
MD
LG