Erməni Milli Konqresinin rəhbəri, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan noyabrın 2-də AzadliqRadiosunun erməni xidmətinə müsahibəsində deyib ki, “əgər belə getsə, hakimiyyət Dağlıq Qarabağı təhvil verəcək”.
AzadliqRadiosuna verdiyi müsahibəsində keçmiş prezident deyir: “Bizim millətimiz, dövlətimiz, Qarabağ uçuruma gedir. Bizim vəzifəmiz onun qarşısını almaqdır. Başqa məqsədimiz yoxdur. Xahiş edirəm, kim bu işdə kömək edə bilərsə, qoy əsirgəməsin. Buna görə minnətdar olarıq”.
AZƏRBAYCANLA MÜHARİBƏ RİSKİ
Petrosyan bənzər ittihamları bundan əvvəl də səsləndirib. Amma o, keçən iyul ayında bildirmişdi ki, prezident Serj Sarkisyan “kor-koranə şəkildə indiki nə hərb, nə sülh şəraitini qorumağa çalışır. Halbuki bu, Azərbaycanla başqa bir müharibə riski yaradır”.
Petrosyan qeyd edirdi ki, Qarabağ məsələsində sülh razılaşması əldə edilməyincə, Ermənistan özünün gələcəyinin təhlükəsizliyini təmin edə bilməyəcək.
O zaman Petrosyanın həmin çıxışı hakim Respublikaçılar Partiyasından kəskin etirazlarla qarşılanmışdı. Hakimiyyət təmsilçiləri deyirdilər ki, 1991-1998-ci illərdə ölkəyə rəhbərlik etmiş bir şəxs indi özü Qarabağ mübahisəsinin Azərbaycanın xeyrinə həllinə çalışır.
Sentyabrın 17-də Yerevanda keçirilən mitinqdə isə Petrosyan bildirdi ki, Azərbaycanla sülh razılaşmasına getmək üçün Sarkisyanın ictimai mandatı yoxdur.
MÜXALİFƏT ƏLİNDƏN GƏLƏNİ EDİR
Ter-Petrosyan müsahibəsində israrla bildirib ki, onun rəhbərlik etdiyi müxalifət qrupu indiki siyasi elitanı hakimiyyətdən uzaqlaşdırmaq üçün əlindən gələni edir. Amma son vaxtlar çağırdıqları mitinqlərə gələn adamların sayı getdikcə azalır. Keçmiş prezident hesab edir ki, indi onlar əsas etirazçı qüvvələri əllərində saxlamalıdırlar:
“Bütün dünyada siyasət daha çox seçkidən-seçkiyə aparılır. Kütlələr daha çox seçkilərdə fəal olurlar. İndi Ermənistanda baş verənlər sadəcə möcüzədir. Dünyanın heç bir yerində hətta, az sayda olsa da, adamlar seçkidən iki il, iki il yarım sonra küçəyə çıxıb tələblərini səsləndirmirlər. Lazım olan vaxt əminəm ki, bizim tərəfdar ordumuz hətta 2008-ci ildəkindən də çox olacaq”.
Erməni Milli Konqresi altı aylıq fasilədən sonra özünün etiraz aksiyalarına başlayıb.