Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Yunanıstanda xaricə poct xidməti 2 gün dayandırılıb


Yunanıstanda xaricə poçt göndərilməsinə 2 sutka qadağa qoyulub.

Bu şərşənbə axşamı Afinada bir neçə xarici səfirlikdə törədilmiş partlayışlarla bağlıdır.

Bu halların əksəriyyətində partlayıcı paketlər poçt vasitəsilə göndərilib.

Elə həmin gün Almaniyanın kansleri Angela Merkelin idarəsinə də Yunanıstandan partlayıcı paket göndərilib.

Amma qurğu zərərsizləşdirilib.

Yunanıstanın xarici işlər naziri Dimitris Drutsas partlayıcı paketlərin beynəlxalq terrorçuluqla əlaqəsi olmadığını və çox gümün ki, Yunanıstandakı solçu ekstremistlər tərəfindən göndərildiyini deyib.
XS
SM
MD
LG