Nərmin HÜSEYNZADƏ
(b.e.ə V-IV əsr)
SOKRAT...
- Rable Sokrat haqqında nə deyə bilərsiz?
- Afinada dünyaya göz açmışam. Atam Safroniks daşyonan olub. Həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən biriyəm.
Gəncliyimdə orduda xidmət etmişəm.
- Digərlərindən nəylə seçilmisiniz?
- Heç nə yazmamağımla. Mən fikirlərimi şifahi yayırdım.
- İlk üsyanınız nə vaxt kimə qarşı oldu?
- Təhsilimi bitirəndən sonra atamın yanında daşyonan işləyəndə düşünürdüm ki, bu biliyin mənim həyatıma heç bir faydası yoxdu.
O vaxtlar Allahlar haqqında biliklər əldə edirdim, elə ilk üsyanım da Allahlara qarşı oldu.
Düşündüm ki, Zevs özü normal yaşamağı bacarmırsa, ondan nə öyrənək?
- Bəs Sofistləri nəyə görə sevmirdiniz?
- Bunu bir dəfə də məndən soruşublar. Belə cavab vermişdim: «Qadın gözəlliyi dəyərlidir. Onu satana fahişə deyirlər.
Elm də dəyərdir. Onu satana isə sofist deyirlər».
- Şərab içəndə küpəsinə girərmiş - deyirlər haqqınızda.
- Sərxoşluq nöqsan doğmur, onları üzə çıxarır.
- Dahi Sokratın fəlsəfədə bilmədiyi nəsə varmı?
- Onu bilirəm ki, heç nə bilmirəm.
- Aristotelin müəllimi Platon, Platonun müəllimi siz olmusunuz. Bəs sizin müəlliminiz kim olub?
- Mənim müəllimim də özüm olmuşam. Əks halda mən Platon kimi, Platon da Aristotel kimi şagird yetişdirə bilməzdi.
- Kiməsə pislik etmisiniz?
- Heç bir insan dərindən dərk edərək kimsəyə pislik etmir. Pislik etmək insanın özünü dərindən tanımamasından və dərk etməməsindən irəli gəlir.
- O dövrün cahil insanları və məhkəmə sistemi sizi nədə günahlandırırdı?
- Bir çox şeydə. Xalqın dini inanclarından sui-istifadədə, gənc nəslin əxlaqını pozmaqda, özümdən yeni bir tarix icad etməkdə, axirətə inanıb bununla da xalqı yanlış yola sürükləməkdə.
PLATON...
- Bir az özünüz haqda...
- E.ə. 427-ci ildə zadəgan ailəsində anadan olmuşam. Həyatımın çox hissəsini Afinada keçirmişəm, “Sokratın apologiyası” (təriflənməsi ), “Qanunlar” və eləcə də dialoq formasında otuz dörd əsər yazmışam. Bundan başqa, Pir, Teetet, Fedon, Parmenid, Fedr, Meneksen, və s. kimi dialoqların müəllifiyəm.
- Niyə əsərlərinizin çoxusu dialoq formasındadır?
- Çünki müəllimim Sokrat tələbələrini söhbətlərlə, dialoqlarla öyrədirdi.
- Deməli, sevimli müəlliminiz Sokrat olub. Bəs şagirdiniz?
- Aristotel.
- Haqqınızda deyilən hansı fikirlə razılaşmırsınız?
- Ammonius Sakkas adlı bir mütəfəkkirin mənim haqqımda “O, yunanca danışan Musadır” deməsi və Yəhya ən-Nəhvinin məni Hz. Musadan ilham alaraq öz fəlsəfəmi təkmilləşdirdiyimi iddia etməsi.
- Hansı elmi digərlərindən daha üstün tutursunuz?
- Düşünürəm ki, kamilliyə can atan insan üçün elmlərdən ən gərəklisi qanunlar haqqında elmdir.
- Gözəlliyi nədə görürsünüz?
- İdeyalar aləmində, əbədiyyətdə. Məncə “gözəllik hansı bir görkəmdə, hansı bir məxluqda, yaxud hansı bir əşyada görünə bilməz”. Mən gözəlliyi heç bir real mündəricə daşımayan, sabit, metafizik bir ideya kimi qiymətləndirirəm.
- Maraqlıdı, bəs Platonun aləmindı eşq nədi?
- Mənim aləmimdə eşq, ən təhlükəli bir ruh xəstəliyidir.
- Yenə ruh?
- Yəqin ideyalar, ruhlar haqqında təlimi - metafizikanı nəzərdə tutdunuz. Ən çox tənqid olunduğum sahə. Həqiqi biliyə ruh haqqında təlim aiddir. Ruh özünün təcəssüm olduğunu cismani təbiətindən əvvəl mövcud olur. O çox vaxt ideyalarla eyni cinslidir, bədənsiz mahiyyətdir, bölünməzdir, görünməzdir, hissedilməzdir, ölməzdir. Ruh haqqında təlimim ilə Sokratın ruhun ölməzliyi haqqında fikirlərini inkişaf etdirmişəm.
- Sonda...
- Sonda dövlətinizə ədalət, müdriklik və güclü hakimiyyət arzulayıram. Çünki, dövlətlər yalnız o zaman xoşbəxt olacaqlar ki,, ədalət, müdriklik və güclü hakimiyyət bir yerdə olacaq.
ARİSTOTEL...
- Özünüz haqda...
- Müəllimimdən sonra özüm haqda heç nə deyə bilmərəm.
- Heç müəlliminizi tənqid etdiyiniz olmayıb?
- Platonun “İdeyalar ideyası” əsərini tənqid etmişəm. Mənim fikrimcə, bu ideya həqiqi həyatla əlaqəsizdir. Etika məsələləri insanların ictimai vəziyyətləri ilə sıx əlaqədə baxılmalıdır.
- Bəs sizin yadınızda qalan şagirdiniz kim olub?
- II Filippin oğlu İsgəndər.
- Gəlin, bir az kateqoriyalar haqqında təliminiz barədə danışaq.
- Bu təlim Platonun ideyalar nəzəriyyəsinə və müxtəlif keyfiyyətli fikirlərinə əsaslanır. Mən hər şeydən əvvəl, iki kateqoriyanı- mahiyyət və keyfiyyət kateqoriyalarını fərqləndirirəm. Mahiyyət başqasında deyil, özündə yaşayır. xeyirxahlıq ideyası və xeyirxahlığın özü mahiyyət və keyfiyyətə aiddir. Keyfiyyət (və kəmiyyət) həmişə hansısa mahiyyətə uyğun gəlir. Keyfiyyət öz-özlüyündə mövcud deyildir. Mahiyyət- mübtədadır, keyfiyyət isə xəbərdir.
- «Birinci fəlsəfə» nə deməkdir?
- «Birinci fəlsəfə» ən ümumi səbəblər və yaxud başlanğıclar haqqında təlim, fəaliyyəti yox, varlığı öyrənən nəzəri elmdir. Birinci fəlsəfə ümumiyyətlə, varlığı öyrənir, «ikinci fəlsəfələr» isə varlığın ayrı- ayrı tərəflərini öyrənir.
- Daim hərəkətdə olmağı, yoxsa sakit dayanıb düşünməyi üstün tutursunuz?
- Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.
- Öz tədqiqatlarınızda biologiyaya da yer ayırmısınız...
- Hə, 500-dən artıq heyvan növünü təsvir edib onların təsnifatına cəhd göstərmişəm. Mənə görə həyatın maddəsi vücud, forması isə ruhdur. Öz sistematikamda heyvanları 3 qrupa bölmüşəm- insan, bitki və heyvan.
- Quldarlıq barədə nə düşünürsünüz?
- Qullar heç zaman səxavətli ola bilməzlər, onlar pozğundurlar. Mən qulu ağasının “danışan alət”i simasında görürəm. Buna görə də mənim ictimai-siyasi və fəlsəfi görüşlərim “ən mükəmməl sistem” saydığım quldarlığın möhkəmlənməsinə yönəlmişdi.
- Düzdü, sizin sahə ilə əlaqəsi olmasa da AYO və AYB qarşıdurması barədə fikrinizi bilmək maraqlı olardı.
- Təəssüf ki, məlumatım yoxdur.
- Təəssüflənməyin. Müəlliminiz bir az siyasiləşdirmişdi sonluğu. Sizin son sözünüz?
- “Demokratiya: Gediləsi Uzun bir Yol”-dur. Hamınıza bu uzun yolu arzulayıram.