Avropa Parlamentinin seçkiləri müşahidə missiyasının rəhbəri Anneli Jäätteenmäkin noyabrın 7-də keçirilmiş parlament seçkiləri haqqında bəyanatında belə deyilir. Bəyanatda deyilir ki, seçkilər texniki cəhətdən yaxşı təşkil olunmuşdu və dinc atmosferdə keçirildi:
“Müstəqil müşahidəçilər səslərin sayılması zamanı qanunsuzluqların baş verməsi, müxalifət müşahidəçilərinə təzyiq edilməsi və seçki qutularına topa şəklində bülletenlərin doldurulması haqqında məlumat veriblər”.
Bəyanatda daha sonra deyilir ki, Azərbaycan vətəndaşlarının plüralist, demokratik seçim imkanı olmayıb:
“Azərbaycan daha geniş demokratiyaya nail olmaq üçün hələ çox səy göstərməlidir. Azərbaycanda iqtisadi artım və sabitlik faktdır. Bu vəziyyətin dayanıqlı olması üçün daha geniş siyasi liberallaşma və ölkənin daha da demokratikləşməsi vacibdir”.