Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:25

Azərbaycanda «kölgə deputat»...


Erkin Qədirli
Erkin Qədirli
“Kölgə deputatlığı etmək bir az çətin olacaq bizim reallıqda”.

Bunu AzadlıqRadiosunun “İşdən Sonra” proqramında news.az saytının yaradıcısı Elnur Baimov deyib.

Kölgə deputat olmağa qərar verən 16 saylı dairədən olan keçmiş namizəd Erkin Qədirli isə deyib ki, o, qarşıdakı beş il ərzində bu fikrini reallaşdıracaq.

5 İL VƏTƏNDAŞLARLA İŞ...

“Mədəni ölkələrdə kölgə hökumətləri elə parlamentin içində olan deputatlar, yəni müxalif fraksiyalar qurur. Bizdə bu dəfə müxalifət parlamentə keçmədi. Və bizdə seçkilərin legitimliyi çox böyük şübhə altındadır və xeyli dərəcədə haqlı narazılıqlar doğurur. Ona görə bu düşünülə bilər ki, bunu alternativ parlament şəklində 125 nəfər həvəsi olan insanları birləşdirib beş il ərzində kollegial bir şey qurmaq olacaqmı? Mən özümçün belə bir qərara gəldim ki dairəmdə bunu edim”.
Elnur Baimov


Erkin Qədirli bildirib ki, o, beş il ərzində dairəsindəki insanlarla təmas qurmağı, onların problemlərini yaxından öyrənməyi, həll yollarını düşünməyi, eyni zamanda dairənin real namizədinin parlamentdə irəli sürdüyü layihələrə və fikirlərə mövqe bildirməyi planlaşdırır.

BU, ÇOX ÇƏKMƏYƏCƏK


Elnur Baimov isə deyir ki, bu, artıq kölgə deputatı olmaq deyil, bu bir strateji addımdır və buna iradə lazımdır:

“Bu kölgə deputatı deyil, strateji addımdır. 2015-ci ildə daha da hazırlanmış şəkildə daha da güclü rəqib sayılaraq öz namizədliyini irəli sürməsi üçün yaxşıdır. Ancaq çılpaq entuziazmlıq çox çəkməyəcək. Bir müddətdən sonra yorulacaq”.

Jurnalist Şahvələd Çobanoğlu isə deyib ki, belə ideyalar ictimai fəallığı artıra bilər. Amma o elə bir şəkildə həyata keçirilməlidir ki, insanları xəyal qırıqlığına aparmasın.

DEMOKRATİK PROSESLƏRİ GÜCLƏNDİRƏ BİLƏR

Şahvələd Çobanoğlu

“Bu mövzuda addımlar yenidən təmərküzləşməni, ictimai fəallığı yaratmağa kömək edə bilər. Və Azərbaycanda demokratik prosesləri gücləndirsin. Və ictimai fəal adamlarla, deputatlığa iddialı olan namizədlərlə, siyasi partiyalarla xalq arasında münasibətləri, əlaqələri gücləndirmiş olsun. Amma bu ideyalar hamısı iradəyə bağlı ideyalardır. Və real siyasi güclərin necə dəstək verəcəyindən asılıdır. Bura nə qədər adamın qoşulacağından asılıdır. Hər zaman ideyalar yaxşı gerçəkləşdirildikdə və ona real dəstək olduqda, o parladıqda özünü doğruldur. Bütün hallarda bu ideyanın ortaya atılması heç bir ziyan verməyəcək cəmiyyətə. Amma çalışmaq lazımdır bu doğrudan da fayda verəcək şəkildə həyata keçirilsin ki, əlavə xəyal qırıqlığı yaratmasın. Yenidən hər hansı bir ideyanın boşa çıxması kimi yaranmasın”.

XS
SM
MD
LG