
Müsavat Partiyasının Seçki Departamentinin rəhbəri Arif Hacılı və Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyev «Panorama» verilişində həm bu seçki, həm də seçki sonrası vəziyyətlə bağlı fikirlərini bölüşürlər.
Arif Hacılı:
«YENİDƏN SEÇKİLƏR KEÇİRİLMƏLİDİR»
«7 noyabrda ölkənin istisnasız olaraq bütün seçki dairələrində seçicilərin səsi süni şəkildə şişirdilərək kobud saxtakarlıqlara yol verilib. Hətta müxalifətin olmadığı, heç bir rəqabətin getmədiyi dairələrdə də bu saxtakarlıqlar həyata keçirilib. Əgər bundan sonra doğrudan da qanunun aliliyi əsas götürüləcəksə, baş verən saxtakarlıqlar araşdırılacaqsa, bütün dairələrdə nəticələr ləğv edilməlidir. Bununla da yenidən seçkilər keçirilməlidir...».
Fərəc Quliyev:
«MƏNİM DAVAM MANDAT DAVASI DEYİL»
«Mənim davam mandat davası deyil (MSK-nın açıqladığı ilkin nəticələrə görə, F. Quliyev 31 saylı DSK-da qalib gəlib). Biz seçki kampaniyasından istifadə edib toparlanmaq, öz düşüncələrimizi hakimiyyətə gətirmək istəyirdik. Mən təkcə MSK-nın nəticələrinə görə öz dairəmdə irəli deyildim. Elektron səsvermə və keçirilən «exit-poll» da mənim öndə getdiyimi göstərirdi...».
Arif Hacılı:
«BİZ YALANA QARŞI MÜBARİZƏ APARIRIQ»

Fərəc Quliyev:
«NECƏ OLUR Kİ, İNDİ BİZİ MÜXALİFƏT SAYMIRLAR?...»
«Necə olur ki, indi bizi müxalifət saymırlar? Ancaq 3 dönəm bizi parlamentə buraxmayanda, həbslərə atanda, təşkilatımızı qeydiyyata almayanda, bəzilərinin deputat seçilib parlamentdə fəaliyyət göstərməsi müxalifətçilik sayılırdı. Bəli, Azərbaycan xalqı hər şeyi gözəl anlayır. Bir də deyirəm, mənim aldığım səslər özümün aldığım səslərdir və mən mandat davası etmirəm. Məqsədimiz toparlanıb öz düşüncələrimizi hakimiyyətə gətirməkdir...».