Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:52

Talabani Tarix Əzizin edamına imza atmayacağını deyir


İraq prezidenti Calal Talabani keçmiş xarici işlər naziri və baş nazir müavini Tarix Əzizə kəsilmiş ölüm hökmünün icrasına imza atmayacağını bildirib.

İraq məhkəməsi bu ilin oktyabrında 74 yaşlı Tarix Əzizi ölümə məhkum edib.

Talabani Fransa televiziyasına müsahibəsdə bunun səbəbini onun xristian olması və yaşının çoxluğu ilə izah edib.

Tarix Əziz 2003-cü ilin aprelində-İraqın işğalından bir ay sonra ABŞ ordusuna təslim olub.
XS
SM
MD
LG