Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Medvedevin Azərbaycana səfərinin proqramı açıqlanıb


APA-nın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Medvedev noyabrın 18-də Xəzəryanı ölkələrin Bakıda keçiriləcək sammitində həmkarları ilə

Xəzərin hüquqi statusunun müəyyən edilməsini, ekologiya məsələləri, Transxəzər boru kəmərlərinin tikintisi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Bu barədə Rusiya prezidentinin köməkçisi Sergey Prixodko məlumat verib.

Dimitri Medvedevin sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, İran prezidenti Mahmud Əhmədinejad və Qazaxıstan prezidenti Nursultan

Nazarbayevlə görüşləri nəzərdə tutulub.

Rusiya tərəfini sammitdə prezidentdən əlavə XİN başçısı Sergey Lavrov, prezidentin köməkçisi Sergey Prixodko, təbii ehtiyatlar naziri Yuri Trutnev, energetika naziri Sergey Şmatko, «Rosrıbolovstvo»nun rəhbəri Andrey Krayniy və Rusiya FTX-nın Sərhəd xidmətinin direktoru Vladimir Proniçev təmsil edəcəklər.

Sammitin yekununda 5 ölkənin liderləri birgə bəyanat qəbul etməli və təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalamalıdırlar.
XS
SM
MD
LG