Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:33

Ramiz Mehdiyev: «ATƏT tapşırıqla danışır»


Ramiz Mehdiyev parlament seçkisində səs verir, 7 noyabr 2010
Ramiz Mehdiyev parlament seçkisində səs verir, 7 noyabr 2010
“Azərbaycanda parlament seçkilərini izləyən bəzi avropalı müşahidəçilərin fikirlərində subyektiv yanaşmalar vardır. Azərbaycanda seçkilər sabit və şəffaf şəraitdə keçirilmişdir”.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu fikirdədir.

R. Mehdiyev bildirib ki, müşahidə missiyalarının tərkibində ayrı-ayrı insanlar var idi və onların mövqeləri fərqli olub:

“Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) qrupunun mövqeyi Avropa müşahidəçilərinin əksəriyyətinin mövqeyindən müəyyən qədər fərqlidir. Hesab edirəm ki, bu, subyektiv xarakter daşıyır, qeyri-obyektivdir və müəyyən qədər də tapşırıqlar əsasında səslənmiş fikirlərdir”.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, ATƏT-in DTİHB qrupu hər dəfə seçkilər keçiriləndə Azərbaycanda olarkən bir fikir söyləyir, bir-iki aydan sonra isə sözlərini dəyişib başqa bir fikir ifadə edirlər. Bu da onu göstərir ki, bu fikirlər müəyyən təzyiqlər altında, tapşırıqlar, göstərişlər əsasında söylənilir:

“Ümumiyyətlə, Azərbaycanda siyasi və iqtisadi proseslər sabitlik şəraitində davam edir. Azərbaycanda seçkilər də belə sabit və şəffaf şəraitdə keçirilmişdir. Bu günlərdə Mərkəzi Seçki Komissiyasında (MSK) artıq müəyyən narazı insanların müraciətlərinə baxılır. Düşünürəm ki, bu yaxınlarda bu məsələlər də öz həllini tapacaqdır. Ola bilsin ki, haradasa qanun pozuntusu, səhvlər olmuşdur. MSK bu səhvlərə baxıb qiymət verəcəkdir. Lakin biz düşünülmüş qaydada saxtakarlığın olması ilə bağlı fikirləri qəti surətdə qəbul etmirik”. /AzərTAc/
XS
SM
MD
LG