«Panorama»nın budəfəki buraxılışında həftənin hadisələrini Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu və «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid dəyərləndirir.
Mübariz Əhmədoğlu:
«MƏN ONLARIN SƏHV ETDİYİNİ QƏBUL ETMİŞƏM»
«Mən Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılacağını gözləyirdim. Bu gözlənti əvvəllər də məndə olub. Nəhayət, bu gözlənti indi özünü doğrultdu. Mən onların səhv etdiyini qəbul etmişəm. Ancaq gənc, savadlı insanlar kimi onların azadlığa buraxılmasını gözləmişəm...».
Qənimət Zahid:
«UYDURMA İTTİHAMIN NƏ OLDUĞUNU MƏN BİLİRƏM...»
«Mən isə hesab etmirəm ki, onların hansısa səhvi, cinayəti olub. Uydurma ittihamın nə olduğunu mən yaxşı bilirəm. Ancaq bloqqerlərin seçkidən sonra azadlığa çıxacaqları gözlənilən idi. Çünki seçki ərəfəsində onların azadlığa buraxılması bir motiv rolunu oynaya bilərdi. Bu, həm onların yaxın olduğu düşərgəyə əlavə arqument verər, həm də narazı elektoratda ruh yüksəkliyi yaradardı».
Mübariz Əhmədoğlu:
«GÖZLƏMƏK LAZIMDIR...»
«Məncə, seçki araşdırmalarının nəticələri ilə bağlı qərarları gözləmək lazımdır. Keçən parlament seçkilərindən sonra MSK bir neçə, Konstitusiya Məhkəməsi də ayrılıqda bir neçə dairədə nəticələri ləğv etdi. Məncə, siz təxminən eyni halların təkrarlanmasının şahidi olacaqsız...».
Qənimət Zahid:
«7 NOYABRDA HAKİMİYYƏTİN QOLLARINDAN BİRİ QƏSB EDİLİB»
«Heç bir dairədə nəticələr ləğv edilməyəcək. Yalnız bir neçə məntəqədə nəticələr ləğv edilə bilər. Onda da deyəcəklər ki, bu seçkinin ümumi nəticələrinə təsir etmir. 7 noyabrda hakimiyyətin qollarından biri qəsb edilib. Bu elə iştahla və elə qəsbkarlıqla həyata keçirilib ki, hakimiyyət geri çəkilən deyil...».