Milan Kundera “dünyanı dəyişmək istəyən” yazıçılardan biridir.
O, 1929-cu ildə aprelin 1-də, məşhur gülüş günündə dünyaya gəlib.
Keçmiş Çexoslovakiyanın Brno şəhərində doğulan Kundera Ikinci Dünya Müharibəsindən sonra bir müddət fəhlə, bir qədər sonra isə caz musiqiçisi işləyib.
1948-52-ci illərdə o, Praqa Universitetində musiqişünaslıq, ədəbiyyat, estetika, kinorejissor və ssenari incəsənətini öyrənib.
Ixtisasca rejissordur. Elə 1948-ci ildə də Çexoslovakiyanın Kommunist Partiyası sıralarına daxil olub.
Lakin iki ildən sonra onu “antipartiya fəaliyyəti” ilə əlaqədar olaraq, partiya sıralarından xaric ediblər.
Məhz bu epizod Kunderanın birinci romanı olan “Zarafat”ın məzmununun əsasını təşkil edən ilham mənbəyi olub.
Onu 1956-cı ildə yenidən kommunist partiyası üzvlüyünə qəbul etsələr də, bu, 1970-ci ilə qədər davam edib.
Beləliklə, Milan Kundera partiya sıralarından ikinci dəfə xaric edilib.
Kundera 1975-ci ildə Fransanın Renn şəhərindəki Universitetdə professor vəzifəsinə dəvət edilir.
1979-cu ildə o, Çexoslovakiya vətəndaşlığından məhrum edilir və 1981-ci ildən bəri Fransa vətəndaşıdır.
Yazıçı ilk dəfə repressiyaya hələ tələbəlik illərində məruz qalmışdı.
Belə ki, o, Praqa baharının fəal iştirakçılarından idi. Bununla belə, Qərbə öz tutan yazıçı çex sosializminin sovet tankları ilə məhv edildiyi barədə bir şey yazmadı.
Özünün qərbli oxucularının
təəccübünə səbəb olan ifadə ilə bildirib ki, onun üçün dünyanın dəhşətliliyi ondadır ki, yumor hissi məhv olub.
Milan Kundera “Zarafat”, “Varlığın dözülməz hərdəmxəyallığı”, “Ölməzlik” kimi əsərlərin müəllifidir.
Yazıçı 1982-ci ildə “Varlığın dözülməz hərdəmxəyallığı” adlı romanını Parisdə bitirdi.
Məhz bu roman müəllifinə dünyəvi şöhrət gətirdi.
“Ölməzlik” romanı isə yazıçının 1988-ci ildə fransız dilində qələmə aldığı ilk əsəridir.
Kunderanın fransız dilində yazdığı əsərləri xeylidir.
Onun “Ölməzlik” əsərinin qəhrəmanları çexlər deyil, əsasən, fransızlardır.
XX əsrin sonunda müasir sivilizasiyanı tənqid edən bu əsər əsas etibarı ilə sanki fransız diqtəsi ilə yazılmış Avropa romanıdır.
Keçmiş Çexoslovakiya vətəndaşı olmuş Milan Kundera fransızlara qarşı da yaxşı əhvalda deyil.
Belə ki, Parisdən kənarda yaşayan insanlar üçün fransızlarla eyni dildə ünsiyyətdə olmaq imkanı qazanmaq istəyi yaransa da, fransızlar başqa xalqlar haqqında bilgiyə yiyələnməyə ehtiyac duymurlar.
Çünki onlar Avropanın lap mərkəzində yaşayırlar.
Onlar belə hesab edirlər ki, başqaları haqda çox bilməyə heç də bir ehtiyac yoxdur.
Qoy bunu onlar deyil, başqaları eləsinlər; yəni fransızlar digərlərini deyil, digər xalqlar fransızları yaxşı tanımalıdırlar.
Bu kimi cizgilər elə amerikalılara da xasdır.
Kundera çox qapalı insandır. Ondan soruşanda ki, nə zamansa öz bioqrafiyasını yazıbmı?
Cavab verir ki, “yox”. Yazıçı istəmir ki, onun şəxsi həyatı hamı üçün ümumi olan söhbətə çevrilsin.
O, insanların yalnız onun işi ilə maraqlanmasını istəyir.
Milan Kundera şəxsi həyatının xırdalıqlarını bir sirr olaraq saxlayır və bir dəfə özünün dediyi kimi, “bunun heç kəsə dəxli yoxdur”.
Yazıçı öz həyatı ilə bağlı informasiyalara çox ciddi nəzarət edir.
Məsələn, onun Fransada nəşr olunan son kitablarında Kunderanın “rəsmi tərcümeyi- halı” məhz bu cür, iki cümlə ilə ifadə olunur:
“Milan Kundera 1929-cu ildə Çexoslovakiyada doğulub və 1975-ci ildən Fransada yaşayır”.
Kunderanın “Varlığın dözülməz hərdəmxəyallığı” romanının personajları da mühacirlərdir.
Bu personajlar məhəbbət və şəhvətdə nostalgiyanı aradan qaldırmağa çalışırlar.
Əsərdə Isveç professoru Frans sevgilisi Sabinanı siyasi zorakılıqdan əziyyət çəkən bir şəxs hesab edir.
Sabina isə bunu bayağılıq kimi qəbul edir.
O, belə hesab edir ki, ideologiya sevgidə vacib deyil.
Kunderanın fikrincə, siyasi repressiya - əzab-əziyyətin yalnız bir hissəsidir.
Yazıçı istehza və bədbinliyi birləşdirərək, əvvəllər deyilməyən bir fikrə əsaslanır; belə ki, insan təbiəti qətiyyən nə siyasətlə, nə də dövlət quruculuğunun formaları ilə bağlıdır.
Kundera müsahibələrinin birində deyir ki, “biz öz tərcümeyi-halımızı durmadan qələmə alırıq və daim buna yeni məna veririk.
Tarixi təzədən qələmə almaq - heç də antihumanist bir şey deyil. Əksinə, bu, olduqca humanistdir”.
Milan Kunderanın fikrincə, obyektiv siyasi tarixi yaratmaq mümkün deyil, obyektiv avtobioqrafiyanı qələmə almaq mümkün olmadığı kimi.
Kunderanın qocalıqla bağlı təsəvvürü bir başqa aləmdir.
“Qoca alim səsli-küylü gənclərə tamaşa edirdi və birdən başa düşdü ki, bu otaqda azadlıq imtiyazından yalnız onun özü faydalana bilər.
Çünki o, gənc deyil. Yalnız qoca olan kəs çoxluğun fikrinə, ictimaiyyətin fikrinə və gələcəyin fikrinə əhəmiyyət verməyə bilər.
O, özünün gələcək ölümü ilə təkbətəkdir, ölümün isə nə gözü var, nə qulağı.
Ölümə borcu da yoxdur ki, onun xoşuna gəlsin; o, özünün xoşuna gələ biləcək işləri görə, özünün istədiyini danışa bilər”.
Milan Kundera personajlara özünəməxsusluqla yanaşır: “qəhrəmanlar canlı insan kimi ana bətnindən doğulmurlar, onlar hansısa bir situasiyanın, ifadənin, metaforanın doğuluşlarıdır. Onlar sanki qoz qabığına salınmışlar, onların bəşəri imkanları dustaqdır… Mənim qəhrəmanlarım - mənim öz imkanlarımdır,
həyata keçməyən imkanlarım. Ona görə də, mən onların hamısını eyni dərəcədə sevirəm”.
Kunderanın düşüncələrində, yazı manerasında daimi olaraq yalnız bir emosiya duyulur: dərindən dərin və yanıb külə dönmüş qüssə.
Uşaqlığın, gənclik çağlarının mənasız yaşanmış anlarından doğan kədərdən, ona nəsə gözəl bir şey vəd edən, lakin əzabverici duyğular toplusunun xatirələrinə dönmüş ilk məhəbbətdən yaranan qüssə.
Nəhayət, vətənlə bağlı qüssə. Kundera üçün 1968-ci ildə qələmə aldığı “Praqa baharı” həmişəlik olaraq “doğma yaradır”.
Nostalgiya tikinti materialıdır, yeni romanın betonudur.
Burada iki nəfər Praqa aeroportunda rastlaşır.
Onlar vətəni iyirmi ildir ki, tərk etmişlər. Qadın Fransadan gəlib, kişi isə Danimarkadan.
Bəlkə də onlar keçmiş Praqada tanış imişlər.
Bəlkə də bu onlara belə gəlir. Lakin ötüb-keçən dövrün xatirələrinə dalan bu iki nəfər üçün başlıca sayılan bir həqiqət var: prinsipcə, nostalgiyanın öhdəsindən gəlmək, onunla bacarmaq mümkünsüzdür.
* * *
“Insan özü də hiss etmədən öz həyatını hətta, çarəsizliyin ən dərin məqamlarında
belə, gözəlliyin qanunlarına uyğun bir şəkildə qurur”. Milan Kundera.
Rus dilindən çevirəni;
Zeynəb ƏLIQIZI
“Kaspi” qəzeti
O, 1929-cu ildə aprelin 1-də, məşhur gülüş günündə dünyaya gəlib.
Keçmiş Çexoslovakiyanın Brno şəhərində doğulan Kundera Ikinci Dünya Müharibəsindən sonra bir müddət fəhlə, bir qədər sonra isə caz musiqiçisi işləyib.
1948-52-ci illərdə o, Praqa Universitetində musiqişünaslıq, ədəbiyyat, estetika, kinorejissor və ssenari incəsənətini öyrənib.
Ixtisasca rejissordur. Elə 1948-ci ildə də Çexoslovakiyanın Kommunist Partiyası sıralarına daxil olub.
“Insan özü də hiss etmədən öz həyatını hətta, çarəsizliyin ən dərin məqamlarında
belə, gözəlliyin qanunlarına uyğun bir şəkildə qurur”.
Milan Kundera