Gələn il yanvarın 1-dən Şimal istiqamətində hərəkət edən beynəlxalq sərnişin qatarlarında gediş haqqı 13-20 manat aşağı salınacaq.
«Azərbaycan Dəmir Yolları» QSC-dən mətbuat katibi Nadir Əzməmmədov "APA"ya bildirib ki, plaskarta yeni əmsalın tətbiqi ilə bağlı yeni gediş haqqı cədvəli tərtib ediləcək və sərnişinlərə mütəmadi məlumat veriləcək.