Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

ABŞ və Çin Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər


Birləşmiş ştatlarla Çin Şimali və Cənubi Koreya arasında yaranmış vəziyyəti müzakirə ediblər.

Çinin xarici işlər naziri Yan Tseçi ilə ABŞ Dövlət katibi Hillari Klinton telefonla iki ölkə arasındakı gərginliyin azaldılması və növbəti qarşıdurmadan qaçmağın yollarını qagötür-qoy ediblər.

Qeyd edək ki, Şimali Koreyanın ötən çərşənbə axşamı Cənubi Koreyanın Yonpyon adasını atəşə tutuması nəticəsində 4 adam ölüb, 18 nəfərsə yaralanıb.

Ölənlərdən ikisi hərbçi, ikisi isə mülki şəxslərdir.
Bu gün hərbçilərin dəfn mərasimi olub.

Vaşinqton isə bu arada bəyan edib ki, Birləşmiş Ştatlarla Cənubi Koreyanın Sarı dənizdə keçirdikləri birgə hərbi təlimlər Pekinə qarşı yönəlməyib.

Pentaqonun sözçüsü Darryn James bu barədə Çin hökumətinə əvvəlcədən məlumat verildiyini deyir.
XS
SM
MD
LG