«Panorama» verilişində Nəcəf Nəcəfov Fondunun İcraçı direktoru Şahin Hacıyev və «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov ölkə jurnalistikasının vəziyyətindən bəhs ediblər.
Bəxtiyar Sadıqov:
«İQTİDAR, MÜXALİFƏT, MÜSTƏQİL VƏ REKET JURNALİSTLƏR…»
«Azərbaycan jurnalistikasının sifəti də, siması da yerindədir. Azərbaycanda jurnalistləri 4 qrupa bölmək olar. İqtidar, müxalifət, müstəqil və reket jurnalistlər. Onların da hər birinin öz siması formalaşıb. Azərbaycanda jurnalistlərin döyülməsi, oğurlanması halları çox şükürlər ki, artıq arxada qalıb. Bu həm Mətbuat Şurasının fəaliyyəti ilə bağlıdır, həm də artıq insanlar jurnalistlərlə problemlərini zorakı üsullarla həll etmək istəmirlər. Bu, məhkəmə, hüquq çərçivəsində həll edilir».
Şahin Hacıyev:
«KİMİ BACARIRLAR ƏLƏ ALIRLAR…»
«Əslində Azərbaycan jurnalistikası ağır dövr yaşayır. Bu hakimiyyətin uzun müddətdir apardığı düşünülmüş siyasətin nəticəsidir. Mətbuat insanlara hakimiyyətə alternativ fikir demək imkanı verməlidir. Bundan ötrü də o, iqtisadi, siyasi cəhətcən azad olmalıdır. Bunlar olmayanda, ictimai fikrə təsir azalır. Son illər hakimiyyət mətbuata nəzarətini artırmaqla onun ictimai fikrə təsirini azaltdı. Kimi bacarırlar ələ alırlar, ələ ala bilmədiklərinə təzyiqləri artırırlar.»
Bəxtiyar Sadıqov:
MƏYƏR «YENİ MÜSAVAT» QƏZETİNİ, «AZADLIQ» QƏZETİNİ HAKİMİYYƏT ƏLƏ ALIB?
«Bəli, Azərbaycan mətbuatının bəzi problemləri var. Bu da maddi durumla bağlıdır. Ona görə də möhtərəm prezidentə müraciətlər oldu və nəticədə KİV-in inkişafına dövlət dəstəyi Konsepsiyası qəbul edildi. Siz deyirsiz mətbuatı hakimiyyət ələ aldı. Məyər «Yeni Müsavat» qəzetini, «Azadlıq» qəzetini hakimiyyət ələ alıb? Dövlətin həyata keçirdiyi qrant layihələrini, müsabiqələri siz ələ almaq kimi dəyərləndirirsinizsə, mən bununla razılaşmıram…».
Şahin Hacıyev:
«AZAD BİZNESƏ ŞƏRAİT YARATMALIDIR…»
«Gərək mətbuat azad olmaq istəyirsə, özü-özünü dolandırsın. Dövlət mətbuata yardımlar edib, onu ələ baxan etməkdənsə, azad biznesə şərait yaratmalıdır. Ölkə iqtisadiyyatının vəziyyəti elədir ki, mətbuat biznesi sərfəli deyil. O, dövlətdən, oliqarxlardan asılıdır…».