Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:37

Seçki pozuntuları ilə bağlı cinayət işi başlanıb


89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə aşkar edilmiş seçki pozuntuları ilə bağlı cinayət işi başlanıb.

Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Cinayət işi 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən namizəd olmuş Vidadi İsgəndərovun seçki günü səsvermə prosesinə müdaxiləsi, seçki qanunvericiliyini pozması ilə bağlıdır.

Məlumatda bildirilir ki, seçki günü Vidadi İsgəndərovun səsvermə prosesinə müdaxiləsi ilə bağlı 89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasından daxil olmuş məlumat Baş Prokurorluqda araşdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 159.4.1-ci (seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə başlanan cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində davam etdirilir.

Vidadi İsgəndərov isə ittihamları qəbul etmir. Bildirir ki, seçki saxtakarlıqlarını sübut etdiyi üçün ona qarşı cinayət işi qaldırıblar.

MSK bu dairədən Şəmsəddin Hacıyevi qalib elan edib.
XS
SM
MD
LG