Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

ABŞ Qırğızıstanda parlament demokratiyasına inanır


Qırğızıstan göstərdi ki, parlament demokratiyası Orta Asuyada işləyə bilər.

Bunu ABŞ Dövlət Katibi Hillari Klinton dekabrın 2-də Bişkekə səfəri zamanı deyib.

Hillari Klinton qeyd edib ki, çoxları hesab edir ki, əsil parlament demokratiyası Orta Asiya və dünyanın bir çox regionunda işləyə bilməzŞ amma Qırğızıstan göstərdi ki, bu belə deyil.

Hillari Klinton həmçinin Manasdakı hərbi hava bazasından istifadəyə görə Qırğızıstana təşəkkürünü bildirib.
Bu bazadan Əfqanıstandakı hərbi qüvvələrin təhcizatında istifadə olunur.

Bu arada verilən məlumata görə, Qırğızıstandakı əsas partiyalardan 3-ü koalision hökumət yaratmaq razılığına gəliblər.

Hillari Klinton Qırğızıstandan qonşu Özbəkistana gedəcək.
XS
SM
MD
LG