İran və beş böyük dövlət son 14 ayda ilk dəfə İranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlara başlayıblar.
İsveçrənin Cenevrə şəhərində görüşdən bir gün əvvəl İran nüvə terminologiyasında “sarı piroq” adlandırılan uran filizi hasil etdiyini bəyan edib.
UĞUR NƏDƏN ASILIDIR?
İranı bu danışıqlarda təmsil edən Səid Cəlili bildirib ki, iki gün davam edəcək danışıqlarda uğur iki tərəfin mövqeyindən asılı olacaq. Qərb diplomatları isə bildirilər ki, bu görüşdə uğur yalnız gələn il daha ətraflı danışıqlar üçün görüşlər barədə razılığa gəlmək sayıla bilər. Onlar bundan artığını gözləmirlər.
ABŞ diplomatlarından biri Reuters-ə deyib ki, “yalnız onu deyə bilərəm ki, danışıqlar getdikcə daha cansıxıcı olur”.
6 dövlətlə - ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya ilə danışıqlar Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəhbəri Ketrin Eşton rəhbərlik edir.
İranın nümayəndə heyətinin ölkənin uran proqramını ümumiyyətlə müzakirə etməyə razı olacağına da heç bir təminat yoxdur.
ABŞ-LA ÇİN İRANI MÜZAKİRƏ EDİR
BMT Təhlükəsizlik Şurası bu ilin əvvəlində uranı zənginləşdirmək fəaliyyətini dayandırmaqdan imtina etdiyinə görə İrana qarşı dördüncü dəfə sanksiyalar tətbiq edib. Bundan başqa ABŞ və Avropa Birliyi də İrana qarşı birtərəfli qaydada sanksiya tədbirləri görüblər.
Bugünkü danışıqlar ərəfəsində Ağ Ev bəyan edib ki, Tehranı təzyiq altında saxlamaq üçün prezident Barak Obama danışıqlar ərəfəsində çinli həmkarı Hu Çintao ilə telefon danışığında İran məsələsini müzakirə edib. Əvvəllər BMT Təhlükəsizlik Şurasında İrana qarşı qətnamələrə veto qoyan Çin iyun ayında embarqonun lehinə səs vermişdi.
Hərçənd İranın nüvə energetikasının rəhbəri Əli Əkbər Salehi bazar günü bildirib ki, İran özünün nüvə fəaliyyətini davam etdirməkdə qərarlıdır. O deyib ki, İsfahandakı nüvə emalı zavodunda “sarı piroq”un istehsalı ilə bağlı artıq Qərbin maneələrini aşmışıq:
GƏLƏN SENTYABRDA DAHA BİR NAİLİYYƏT OLACAQ
“Sarı piroqun ilk partiyası bizim Bəndər Abbas şəhərindən bu gün İsfahandakı nüvə mərkəzinə gətirilib”.
İranın dövlət televiziyasına müsahibəsində Salehi deyib ki, bu nailiyyət o deməkdir ki, artıq İran Tehran Universitetindəki reaktoru zənginləşdirilmiş uran ilə təmin edə biləcək.
“Əmin olun, Allahla şükür bu proqram davam edir. Allahın köməkliyi ilə işimiz əvvəlki kimi getsə, gələn sentyabr biz Tehran reaktorunu özümüzün istehsal etdiyimiz ilk nüvə yanacağı ilə təmin edə biləcəyik”.
Bugünkü danışıqlar ötən həftə İranın aparıcı nüvə alimi Məcid Şəhriyarinin qətlində və başqa bir nüvə mütəxəssisi Firudin Abbasinin Tehranda onlara edilən hücum nəticəsində yaralanmasından sonraya təsadüf edir.
İran prezidenti Mahmud Əhmədinejad nüvə alimlərinə qarşı hücumda Qərbi və İsraili ittiham edib.
İran Beynəlxalq Atom Enerjisi Agentliyini isə İranın nüvə obyektlərini təftiş etmək üçün əsl təftişçilər yox, Qərb casusları göndərməkdə günahlandırıb.