Milli Kitab Mükafatı müsabiqəsinin növbəti mərhələsi noyabrın 25-dən start götürüb.
“Əli və Nino” Nəşriyyat Evinin layihəsi olan müsabiqənin münsiflər heyətinin üzvü, kinorejissor Ayaz Salayev “Media forum” saytına müsahibəsində əsərləri qiymətləndirərkən hansı meyarlara üstünlük verəcəyini açıqlayıb:
“Mən filoloq, ədəbiyyatşünas deyiləm, ancaq mədəniyyətlə maraqlanan, ədəbiyyatı sevən bir insan kimi mənim də öz meyarlarım var.
Təqdim olunmuş əsər bədii cəhətdən sənət əsəri olmalı və ya sənət əsəri anlayışına yaxınlaşmalıdır.
Yeni nəfəs duyulmalı, həyat haqqında fikirlərimizi zənginləşdirməlidir. Əsərdəki yenilik ədəbiyyatımızda bir inqilab, çevriliş etməlidir.
Müəllifin sərbəstliyi, daxili azadlığı, öz düşüncələrini istedadlı formada ifadə etmək qabiliyyəti, yaşadığı zamana, məkana özünəməxsus, orijinal yozumu olmalıdır.
Çox vacib bir məsələdir ki, müəllifin kitabı təkcə yerli auditoriyada deyil, xarici auditoriyada tanınsın.
İnanmıram ki, mənim seçimim cəmiyyətdə mənfi reaksiya doğursun, çünki bu meyarlara cavab verən əsəri seçmək üçün gəlmişəm”.
Ayaz Salayevin fikrincə, iddialı müəllif dünyadakı prosesləri, öz ölkəsində baş verənləri diqqətlə müşahidə etməlidir:
“Əsər müəllifin dünyagörüşünü əks etdirir, oxucu onun şəxsi müşahidələrini əsəri oxuduqca sezir”.
Kinorejissor hesab edir ki, hələlik azərbaycanlı yazarlar dünya miqyasına çıxa bilməz:
“Amma yeni, fərqli bir yolla işin sonuna qədər getsələr, davamlı öz üzərlərində işləsələr, püxtələşsələr, buna nail olmaq olar.
Dünya ədəbiyyatına ən azı Orxan Pamuklar bəxş edə bilərik. Gənc yazarlara çox ümid edirəm.
Amma bu, hələlik sadəcə ümiddir. Bəzi gənclərin yeniliyə meylli olduğunu hiss edirəm.
Məsələn, bu yaxınlarda “Dəfn mərasimi” adlı bir hekayə xoşuma gəldi. Həmin hekayədə müəllifin fərqli üslubu, yeni forma axtarışları var”.
Ayaz Salayev bəzi insanlardakı biganəliyə üzüldüyünü vurğulayıb: “İndiki dövrdə yeni tip insanlar yaranıb, biganəlik görürəm onlarda.
Bu məni çox kədərləndirir. Adam həyata, yaşama nə qədər acgöz, görməmiş olsa, o qədər çox yaşayır.
Bu cür acgöz insanlar ədəbiyyata da acgöz baxsalar, şedevrlər yarada bilərlər. Həyatı seyr eləməkdən, yaşamaqdan, yazmaqdan doymayan insanlar nəsli yetişməlidir”.
Əsərlərdə mövzu qıtlığından gileylənən kinorejissor sükutu pozmaq üçün yeni tapıntılar arzusunda olduğunu söyləyib:
“Təəssüf ki, çox vaxt kitablarda eyni mövzuları görürəm, nadir hallarda yeni mövzular olur.
İldən-ilə əsər qəhrəmanları kənddən şəhərə gəlir və ya şəhərdəkilər kəndə gedir, kimsə dağdan düşür aşağı və sair.
Bütün bunlar məni oxucu kimi bezdirir, bunları oxumaq maraqsızdır. Kitablarda yeni mövzu, yeni baxışlar, həyatda baş verənlərə diqqət, fərqli yanaşma görmək istəyirəm.
Bütün bunları ortaya çıxarmaq istedad tələb edir. Bu, ədəbiyyatda da, kinoda da, mədəniyyətin digər sahələrində də keçərlidir”.
Ayaz Salayevin sözlərinə görə, Milli Kitab Mükafatı kimi müsabiqələr Azərbaycan ədəbiyyatına yeni simalar verə bilər:
“Bəlkə də minlərlə istedad var, hər kəs özü üçün nəsə yazıb və insanlar bundan xəbərsizdir.
Müsabiqələr bu istedadları tapıb üzə çıxarmaq baxımdan qiymətlidir.
Həmçinin bu müsabiqə Azərbaycanda yeni ədəbiyyat anlayışının olub-olmayacağını xəbər verəcək, tanınmayan insanları bizə tanıdacaq, onların səsini kitabları vasitəsi ilə eşidəcəyik.
Bu müsbət məqamlara görə mən Milli Kitab Mükafatının münsiflər heyətində olmağa razılıq verdim”.
“Azərbaycanda kinoya çevriləcək əsər varmı” sualına kinorejissor mənfi cavab verib: “Hələlik bizdə kinoya çevriləcək əsər görmürəm.
Digər tərəfdən, Azərbaycan ədəbiyyatını, ümumiyyətlə müasir ədəbiyyatı çox az oxuyuram.
Amma müəyyən bir zövqüm var və yaxşını pisdən ayıra bilirəm. Müsabiqəyə təqdim olunacaq əsərləri çox diqqətlə oxuyacam.
Filmim üçün əsərlər axtarışındayam. Ədəbiyyat sahəsində vəziyyəti gözəl bilən insanlardan da bu barədə mütləq soruşacam.
Əgər belə bir əsər olsa, niyə də kinoya çevrilməsin?! Bu müsabiqə həm də mənə oxucu kimi öz müasir ədəbiyyatımızı tanıdacaq.
Mən klassik və tarixi əsərlərin kinoya çevrilməsinin əleyhinəyəm.
Filmə pul ayırırıqsa, gərək yeni personajlar, yeni qəhrəmanlar tapaq.
Qəhrəman olmuş insanları yenidən qəhrəman eləməyə lüzum yoxdur. Onlar artıq yaddaşımızda, kitablarda, mədəniyyət dünyasında yaşayır.
Onları bir daha ekranda diriltmək enerjini, pulu israf etməkdir. Bu zaman bizim yeni tapıntılarımız olmur, tarixi, klassikanı əbədiləşdirməklə məşğul olmuş oluruq”.
Həmçinin oxu
Rafiq Əliyev: "Ciddi əsərlərin yaranması üçün mühit lazımdır"