Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Azərbaycan Suriyaya qaz ixracına başlayır


Azərbaycan gələn ildən Suriyaya qaz ixracına başlayacaq. Suriyanın neft naziri Həsən Zeynəb belə deyib.

Onun sözlərinə görə, noyabr ayındın sonunda əldə edilən razılığa əsasən, 2011-ci ilin sonundan Azərbaycandan gündəlik 3.5 milyon kubmetr qaz almağa başlayacaqlar. Ancaq Azərbaycan qazının idxalı Türkiyə-Suriya qaz kəmərinin tikintisinin bitməsindən asılı olacaq.

Azərbaycan qazının Suriyaya Bakı-Ərzurum kəməri və Türkiyədə Botaşın çəkəcəyi kəmərlə çatdırılması nəzərdə tutulubş. Türkiyə tərəfi oktyabrda bildirmişdi ki, kəməri bir il ərzində istifadəyə verə biləcəklər. Suriya rəsmiləri ümumilikdə Azərbaycandan ildə 1.5 milyard kubmetrə qədər qaz almağı nəzərdə tuturlar.
XS
SM
MD
LG