Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:02

Dövlət qurumları erkən nikahla bağlı layihə işləyəcək


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gələn il küçə uşaqları, erkən nikah və uşaqların təhsil problemləri ilə bağlı layihələr həyata keçirəcək.

Bunu jurnalistlərə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

O, deyib ki, erkən nikah halları əsasən cənub bölgəsində (Lənkəran, Lerik, Astara, Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayonları) müşahidə olunur.

"Son illərlə müqayisədə erkən nikah halları azalır. Araşdırmalar aparılarkən ailələrin belə halları gizlətməsi tədqiqatı çətinləşdirir. Ona görə də, biz tədqiqat qruplarına elə adamlar cəlb edirik ki, insanlarla ünsiyyətdə ola bilsinlər" - Dövlət Komitəsinin sədri əlavə edib.

Hüseynova ailə planlaşdırma problemləri ilə bağlı araşdırma aparıldığını və dekabrın sonuna qədər onun təqdimatını keçirəcəyini deyib. /Trend/
XS
SM
MD
LG