Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:43

Bir qrup dindar Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirib


Dekabrın 10-da Təhsil Nazirliyinin qarşısında bir qrup dindar orta məktəblərdə şagirdlərin hicab taxmasına məhdudiyyət qoyulmasına etiraz aksiyası keçirməyə cəhd edib. Polis aksiyanın qarşısını alıb. AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, dindarlardan 20-ə yaxını saxlanıb.

Hazırda Təhsil Nazirliyinin qarşısında yüzlərlə polis əməkdaşı toplaşıb. Onlar nəqliyyatın və sakinlərin hərəkətini məhdudlaşdırır.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev AzadlıqRadiosuna deyib ki, aksiyada 10 nəfər saxlanıb. Onlar Nərimanov Rayon Polis İdarəsinə aparılıb.

Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib Azərbaycan dünyəvi dövlətdir.

Misir Mərdanov deyib ki, dərsə məktəbli formasında gəlmək qəbul olunmuş qərardır və ona riayət olunmalıdır.

Ayrı-ayrı orta məktəblərdə şagirdlərin hicabla dərsə buraxılmamasına dair şikayətlər var.
XS
SM
MD
LG