Dekabrın 10-u Beynəlxalq İnsan Haqları Günündə “Dalğa” Gənclər Hərəkatı Azərbaycanda insan haqlarının pozulmasına etiraz olaraq səhnəcik təşkil edib. Özü də Ali Məhkəmənin qabağında. Təşkilatdan Ramin Hacılı:
“Çalışırıq hərəkətliliyi qoruyaq, insanları ətalətdən qurtaraq”.
QANUNLAR DAHA ÇOX ADMİNSTRASİYAYA ÜSTÜNLÜKLƏR VERİR
Azərbaycanda demokratiyanın işləməsi, məhkəmələrin fəaliyyəti və qərarlarının icrası məsələlərində problemlər var. Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş Direktoratının bölmə rəhbəri Markus Yaeger belə deyir. Onun sözlərinə görə, Avropa Məhkəməsinin Azərbaycanı qınadığı məsələlər sırasında insanların həyat hüququ və işgəncəyə məruz qalmaması, birləşmə azadlığı kimi məsələlər də var.
Belə ki, qanunlar daha çox adminstrasiyaya üstünlüklər verir. Markus Yaegerin sözlərinə görə, Azərbaycanda media ilə bağlı da dəyişikliklərə ehtiyac var. O, jurnalist Eynulla Fətullayevin həbsini misal gətirərək deyir ki, məhkəmələrin jurnalistlərlə bağlı qərarları proporsional olmayıb.
5 NARAHATLIQ
Markus Yaeger bu fikirləri dekabrın 10-da Bakıda, İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş beynəlxalq konfransda deyib:
“Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanda insan haqları ilə bağlı 5 əsas narahatlığı var. Ölkədən indiyədək bu instansiyaya 2000-dək şikayət göndərilib, 40 qərardad qəbul edilib. Bu qərardadların demək olar ki, heç birində Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. 47 ölkənin xarici işlər nazirlikləri və təmsilçiləri hələ də Azərbaycandan cavab gözləyir”.
AZƏRBAYCAN QADINA BƏNZƏDİLDİ
Markus Yaeger deyir ki, Azərbaycanda yerli məhkəmələrin qəbul etdiyi qərarlar heç də həmişə icra olunmur. Avropa İnsan Haqları Məhkəməsi bu və sadalanan digər problemlərdən narahatdır. O, bunları pis xəbər adlandırır və gənc, gözəl qadını xatırladan Azərbaycanın bu problemləri aradan qaldırmasına ümid edir.
Azərbaycanın İnsan haqları üzrə müvəkkili - ombudsman Elmira Süleymanova deyir ki, ayrı-ayrı qanun pozuntuları ola bilər, amma bununla belə zorakılığa yol verən məmur ən ağır cəzaya məruz qalmalıdır.
HƏR BİR QƏRAR ÜZRƏ LAZIMİ TƏDBİRLƏR GÖRÜLÜB
Avropa İnsan Haqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə deyir ki, Avropa Şurası Nazirlər Komitəsinin hər hansı iş üzrə qərar qəbul etməsi heç də o demək deyil ki, dövlət o işlərlə bağlı tədbir görməyib:
“Azərbaycanla bağlı Avropa İnsan Haqları Məhkəməsində 40 qərar qəbul olunub. Onların hardasa 30-u qüvvəyə minib. Hər bir qərar üzrə lazımi tədbirlər görülüb. Və bu barədə məlumat Nazirlər Komitəsinin katibliyinə - yəni icra ilə bağlı məşğul olan bölməyə verilir. Sadalanan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. İşgəncə, pis rəftarla bağlı qərarların qəbul olunmasını tendensiya adlandırmaq olmaz. 47 üzv dövlətin hər biri barədə belə qərarlar çıxarılır. Azərbaycanda bu qərarlar əsasən prosesual qanunvericiliyin pozulması - yəni pis rəftar barədə şikayətlərə qanunla nəzərdə tutulmuş qaydada baxılmaması ilə bağlıdır. Və bütün bu qərarlar üzrə Azərbaycan hökuməti zəruri tədbirləri görür”.
ƏHALİ ARASINDA MƏHKƏMƏLƏRƏ ETİMADARTIB
Prezident Adminstrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov isə deyir ki, Avropa Məhkəməsinin qərarlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycanın müvafiq qanunvericiliyi təkmilləşdirilib. Məhkəmələrə daha geniş səlahiyyətlər verilib, hakimlərin real müstəqilliyinin təmin edilməsi üçün bir çox tədbirlər görülüb. Bunun da nəticəsində əhali arasında məhkəmələrə etimad, etibar artıb.
Fuad Ələsgərovun sözlərinə görə, məhkəmə qərarlarının təhlili göstərir ki, Avropa Məhkəməsinin presedent hüququ artıq Azərbaycan hüququnun tətbiqi təcrübəsində xüsusi yer alıb.
ÇOX İŞLƏR GÖRÜLMƏYİB
Hüquqşünas Erkin Qədirli Azərbaycan rəsmilərinin bu cür fikirlər söyləmələrinin səbəbini anlasa da, onların dedikləri ilə razılaşmır. O vəziyyətə belə nikbin qiymət verilməsinə əsas və bəhanə görmədiyini bildirir. Qədrilinin fikrincə, qanunvericilikdə aparılan təkmilləşmələr problemin həlli üçün yetərli deyil. Bunun üçün hələ çox işlər görülməyib:
“Məhkəmələrin müstəqilliyi və qərəzsizliyi, hakimlərin Avropa İnsan Haqları Məhkəməsinin presedent hüquqlarını bilməsi, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının təfsiri hissəsinin Azərbaycan məhkəmələrində istifadə olunması və bir çox məsələlər Azərbaycan təcrübəsində hələ xeyli dərəcədə öz əksini tapmayıb.
Yəni ara-sıra var. Amma bunu geniş yayılmış təcrübə kimi və Azərbaycanda insan haqlarının Avropa İnsan Haqları Konvensiyasına uyğun tətbiqinə zəmanət verəcək səviyyədə olmasını da deməyə əsas yoxdur”.
Erkin Qədirli hesab edir ki, digər tərəfdən məhkəmə təminatları nə qədər vacib olsa da, özlüyündə yetərli deyil. Çünki insan haqları təminatlarının qeyri-məhkəmə vasitələri də var. Bura azad seçki, medianın müstəqilliyi və sair məsələlər daxildir ki, onlarla əlaqədar da institusional islahatlar aparılmalıdır. Bunların isə Azərbaycanda edildiyini söyləməyə əsas yoxdur. Ona görə də problemlər var və onlar getdikcə yığılır.