Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Azərbaycan güc tətbiq etsə Ermənistan Dağlıq Qarabağı tanıyacaq


Əgər Azərbaycan münaqişənin həllində güc tətbiq etsə, Ermənistan Dağlıq Qarabağı müstəqil ölkə kimi tanıyacaq.

Bunu Ermənistan prezidenti Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvada keçirilən görüşündən sonra deyib.

Sarkisyan bildirib ki, onun ölkəsi münaqişənin hərbi yolla həllinin qəti əleyhinədir.

Amma əgər Azərbaycan hərbi güc tətbiq etsə, Ermənistanın Dağlıq Qarabağı tanımaq və onun təhlükəsizliyini təmin etməkdən başqa seçimi olmayacaq.

Ermənistan parlamentindəki müxalif qüvvələr Dağlıq Qarabağın tanınmasını təkid etsələr də hakim partiya hələlik bunun vaxtı olmadığını deyir.
XS
SM
MD
LG