Rusiyanın xəbər mənbələri son bir neçə gündə paytaxt Moskva və bir sıra regionlarda qafqazlılarla toqquşmalar haqda xəbərlər yayır. Toqquşmalar dekabrın 6-da Moskvada “Spartak” komandasının fanatı Yeqor Sviridov öldürüldükdən sonra başlayıb. Milisin apardığı araşdırmalar zamanı Yeqoru güllələməkdə şübhəli bilinən Kabardin-Balkar Respublikasının 28 yaşlı sakini Aslan Çerkezov saxlanıb.
Dekabrın 13-də isə üç naməlum şəxs bir mağazada satıcı işləyən 28 yaşlı Azərbaycan vətəndaşı ilə mübahisə etməyə başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, naməlum şəxslərdən biri travmatik silahdan Azərbaycan vətəndaşına 7 dəfə atış açıb. Sinəsindən və sağ çiynindən güllə yaraları almış həmyerlimiz xəstəxanaya aparılıb.
Azərbaycan vətəndaşı, əməkçi miqrant Aydın Qasımov deyir ki, millətçilər “Spartak”ın fanatının öldürülməsi faktından öz məqsədləri üçün yararlanmaqdadır. Onun sözlərinə görə, son 3-4 gündə metrostansiyalarda, küçələrdə, ticarət mərkəzlərində lokal toqquşmalar hər kəsi təşvişə salıb:
HAMI QORXUR
- Millətçilər bundan istifadə edərək küçələrə xeyli insan çıxardılar. Bizimlə işləyən xeyli insan var ki, onlar işə maşınla gedib-gəlir, hamı qorxur. Metrolar xüsusən təhlükəli olub. Ancaq çox güman ki, hökumət durumu sabitləşdirəcək.
Aydın Qasımovun sözlərinə görə, milis gücləndirilmiş iş rejiminə keçsə də, hələlik durumu nəzarətdə saxlaya bilmir.
Azərbaycanlıların Moskvada dərc etdiyi “Millətin səsi” qəzetinin əməkdaşı Tünzalə Vəliqızı isə deyir ki, Rusiya paytaxtında əsl xaosdur:
BU, 1984-CÜ İLDƏ QAFQAZLILARA QARŞI BAŞ VERƏN KÜTLƏVİ HÜCUMLARI XATIRLADIR
- Baş verənlər son 10 ildə gördüyüm ən dəhşətli hadisələrdir. Bu, 1984-cü ildə yenidənqurma dönəmində qafqazlılara qarşı kütləvi hücumları xatırladır. Tanışlarımın ailələrində uşaqları universitetlərdə oxuyan, Rusiya vətəndaşı olan insanlar var, onlar hamısı təlaş içərisindədir.
Tünzalə Vəliqızının sözlərinə görə, baş verənlər xeyli suallar yaradır. Onun fikrincə, adətən bir komandanın fanatları rəqib komandanın fanatları ilə toqquşur. Ancaq indiki halda baş verənlər “fanat davası”ndan çox millətçilərin Qafqazdan, Orta Asiyadan olanlara hücumu xarakterini alıb.
Tünzalə Vəliqızı deyir ki, əslində, ölən də öldürən də Rusiya vətəndaşlarıdır. Bu halda nəyə görə, konfliktin milli zəmində inkişafı ciddi araşdırma tələb edir:
BUNLARIN HAMISI EYNİ MƏRKƏZDƏN İDARƏ OLUNMUR Kİ?
- Son 2-3 gündə metro qatarlarında hicablı qadınlara, Qafqazdan olanlara qarşı hücumların qarşısında milis də aciz qalıb. Hələlik durum çox anlaşılmazdır. İnsanları döyürlər, milis gəlir, təcili yardım çağırılır, ancaq döyüləni hətta təcili yardım maşınından düşürüb öldürmək istəyirlər. Belə bir sual yaranır ki, görəsən bunların hamısı eyni mərkəzdən idarə olunmur ki? Bu provokasiyalar Rusiya hökumətinə qarşıdırmı?
Jurnalist bildirir ki, baş verənlər hansısa qüvvələrin Rusiyada mərkəzlə federasiya subyektləri arasında konflikt yaratmaqda maraqlı olduğunu sübut edir.
Dekabrın 11-də “Spartak” klunun fanatları Yeqorun anım mərasimini keçirib. Komandanın fanatları ilə millətçi kimi tanınan qruplaşmaların bərabər keçirdiyi aksiyada qafqazlılara qarşı şüarlar səsləndirilib.
HƏLƏLİK DURUMU AYDINLAŞDIRMAĞA ÇALIŞIRIQ
- Biz indi şərh vermirik. Hələlik durumu aydınlaşdırmağa çalışırıq.
ANSPRESS-in məlumatına görəsə, səfirlik Rusiyada yaşayan azərbaycanlılara müraciət edib. Müraciətdə azərbaycanlılara millətçi qüvvələr tərəfindən təşkil edilən kütləvi toplanış, aksiya və digər tədbirlərdən kənar gəzmək tövsiyə edilib.
Sənəddə o da bildirilir ki, səfirlik təcavüzkar millətçi gənclərin hücum edəcəyi təqdirdə vətəndaşların mühafizəsi barədə Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına müraciət edib.
Dekabrın 11-də metronun “Tverski” stansiyasında hücum nəticəsində sinəsindən və əlindən kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya düşən 27 yaşlı azərbaycanlının taleyinə gəlincə, açıqlamada bildirilir ki, hazırda zərərçəkənin şəxsiyyəti müəyyənləşdirilir və səfirlik bu məsələni nəzarət altında saxlayır.

Müraciətdə azərbaycanlılara millətçi qüvvələr tərəfindən təşkil edilən kütləvi toplanış, aksiya və digər tədbirlərdən kənar gəzmək tövsiyə edilib
Son günlərdəki iğtişaşlar zamanı neçə Azərbaycan vətəndaşına qarşı cinayət törədilib? Azərbaycanın Rusiyadakı səfirliyi yaranan durumla bağlı vətəndaşlara hər hansı müraciət ünvanlayıbmı? Səfirliyin mətbuat xidmətindən bu cavabı aldıq:- Biz indi şərh vermirik. Hələlik durumu aydınlaşdırmağa çalışırıq.