Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Demokratiya niyə gözdən düşdü?


2008-ci ildən bu yana dünya üzrə demokratik proseslərdə müşahidə olunan tənəzzül davam edib
2008-ci ildən bu yana dünya üzrə demokratik proseslərdə müşahidə olunan tənəzzül davam edib
«Economist Intelligence Unit» 2010-cu il üzrə dünya ölkələrində demokratiyanın vəziyyəti ilə bağlı demokratiya indeksini açıqlayıb. Burdan görünür ki, 2008-ci ildən bu yana dünya üzrə demokratik proseslərdə müşahidə olunan tənəzzül davam edib. Dünya ölkələri üzrə demokratiyanın vəziyyəti pisləşib.

İqtisadi və siyasi böhran avtoritar rejimlərə öz mövqelərini möhkəmləndirməyə kömək edib.

BÖHRAN AVTORİTARİZMİN XEYRİNƏ İŞLƏYİB

Demokratiya indeksi 165 ölkəni əhatə edib. Bu ölkələrdə demokratiyanın vəziyyəti araşdırılıb. Demokratiya indeksi hər ölkə üzrə aşağıdakı 5 göstərici əsasında tərtib edilib. Göstəricilər bunlardır:

1. Siyasi proseslər və plüralizm.
2. Mülki azadlıqlar.
3. Hökumətin fəaliyyəti
4. Siyasi proseslərdə iştirak
5. Siyasi mədəniyyət.

Bu göstəricilərə əsasən verilən ballar əsasında dövlətlər 4 qrupa bölünüblər – Tam demokratiyanın hökm sürdüyü ölkələr, qüsurlu demokratiya olan ölkələr, hibrid rejimlər və avtoritar rejimlər.

2008-Cİ İLDƏ DEMOKRATİKLƏŞMƏ DAYANDI

Demokratikləşmə prosesində 1974-cü ildən başlanan üçüncü dalğa 1989-cu ildə Berlin Divarının dağılması ilə sürətlənmişdi. Heyrət doğuracaq səviyyədə demokratikləşmə prosesi yaxşı sürətlə inkişaf edirdi.
Yaxın Şərqdə və keçmiş Sovet İttifaq ölkələrinin çoxunda avtoritar cərəyanlar daha da möhkəmlənib
Ancaq 2008-ci ildə bu proseslər dayandı. 2008-ci ildən bu yana geriyə doğru tənəzzül gedir.

Yaxın Şərqdə və keçmiş Sovet İttifaq ölkələrinin çoxunda avtoritar cərəyanlar daha da möhkəmləndi.

Bütün Latın Amerikasında media azadlıqlarının boğulması müşahidə olundu. Populist qüvvələr irəliyə çıxdılar. İnkişaf etmiş Qərb ölkələrində isə siyasi proseslərdə iştirakda zəifləmə müşahidə olundu. İnkişaf etmiş Qərb ölkələrində hökumət fəaliyyətinin zəifləməsi və təhlükəsizlik səbəbindən mülki azadlıqlarda məhdudlaşmalar baş verdi. Bütün bunlar da oturuşmuş demokratik ölkələr üçün korroziya effektini yaratdı.

Çinin və Yaxın Şərqin avtoritar rejimləri daha müşkül problemə çevrildilər. Bundan başqa, avtokratlar özlərini müdafiə etməyin, qorumağın yollarını öyrəndilər. Onların çoxu da energetika, karbohidrogen ehtiyatları ilə zəngin olan ölkələrə rəhbərlik edirlər. Onlar öz mövqelərinin güclənməsində neftin qiymətinin qalxmasından istifadə etdilər.

DEMOKRATİYA NİYƏ GÖZDƏN DÜŞDÜ?

Ən əsas məsələ odur ki, dünyada demokratiyanın yayılması, inkişafı siyasəti Əfqanıstanla İraqdakı müharibələrlə assosiasiya olunduğundan demokratiyanın inkişaf etməsi siyasəti gözdən düşdü. Bəzi ölkələrin xarici siyasətində ikili standartlar – bəzi avtoritar rejimlərin dost kimi, bəzilərinin isə düşmən kimi qəbul edilməsi Qərbi ikiüzlülükdə ittiham etmək üçün əsaslar yaratdı.

Demokratiya siyasəti Əfqanıstanla İraqdakı müharibələrlə assosiasiya olunur
Dünya ölkələrinin yarısı demokratiya (tam və qüsurlu demokratiya) olan ölkələrdə yaşayır. Ancaq bununla belə tam demokratiya yalnız 26 ölkəni əhatə edir. 53 ölkə qüsurlu demokratiyaya aid edilir. Qalan 88 ölkədən 55-i avtoritar, 33-ü isə hibrid rejimlərdir.

Tam demokratiyanın olduğu ölkələrin çoxu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvləridir. Ancaq bundan başqa burda 2 Latın Amerikası və 1 Şərqi Avropa və 1 Afrika ölkəsi də var. Bu da onu göstərir ki, iqtisadi inkişaf tam demokratiyanın ölkədə bərqərar olması üçün heç də vacib şərt deyil. Tam demokratiyanın olduğu ölkələr sırasında yalnız iki Asiya ölkəsi var – Yaponiya və Cənubi Koreya.

2.5 MİLYARD İNSAN AVTORİTAR REJİMDƏ YAŞAYIR

Dünya əhalisinin yarısı demokratik ölkələrdə yaşasa da, yalnız 12 faizi tam demokratiyanın olduğu ölkələrdə yaşayır. 2.5 milyard əhali isə hələ də avtoritar rejimlərdə yaşayır. Onların da böyük hissəsi Çinin hesabınadır.

İndeks göstəricilər isə belədir -

Tam demokratik ölkələr 8 -10 balı olanlardır.

Qüsurlu demokratik ölkələr - 6-7.9-a qədər balı olanlar.

Hibrid rejimlər 4-5.9-a qədər balı olanlardır. 4-dən aşağı balı olanlar isə avtoritar rejimlərdir.

Moldova, Ukrayna kimi ölkələrdə qüsurlu demokratiya, Rusiya, Gürcüstan, Ermənistan, Qırğızıstanda hibrid rejim, Azərbaycan, Qazaxıstan, Tacikistan, İran, Türkmənistan, Özbəkistan, Əfqanıstan, Belarusda isə avtoritar rejimlərdir.

ÖLKƏLƏRBALYER
Moldova6.3365
Ukrayna6.3067
Gürcüstan4.59103
Pakistan4.55104
Qırğızıstan4.31106
Rusiya4.26107
Ermənistan4.09109
İraq4.00101
Belarus3.34130
Qazaxıstan3.30132
Azərbaycan3.15135
Tacikistan2.51149
Əfqanıstan2.48150
İran1.94158
Özbəkistan1.74164
Türkmənistan1.72165
XS
SM
MD
LG