Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:20

Avstraliya hökuməti:«WikiLeaks» qanunu pozmayıb


Avstraliya hökuməti bildirib ki, «WikiLeaks» və saytın yaradıcısı Culian Essanj minlərlə məxfi amerika sənədini yaymaqla ölkə qanunlarını pozmayıb.

Avstraliya baş naziri Culiya Qillard belə deyib.

Avstraliya vətəndaşı olan Cullian Essanj ötən həftə Londonda həbs edilmişdi. O, məxfi məlumatları yaydığına görə yox, İsveçdə zorlamada ittiham olunduğundan saxlanmışdı.

İsveç hökuməti onun ekstradisiyasına çalışır. İttihamları qəbul etməyən, onların siyasi əsaslı olduğunu deyən Essanj dekabrın 16-da London məhkəməsi tərəfindən zaminə buraxılıb.
XS
SM
MD
LG