Ali məktəblərin magistraturasına qəbul imtahanlarının birinci mərhələsinin vaxtı müəyyənləşib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, imtahanlar üçün ərizə qəbulu yanvarın 25-dən fevralın 7-dək aparılacaq. Qəbul imtahanlarının ilk mərhələsi fevralın 20-də keçiriləcək. Bu mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi, xarici dil və informatika fənni üzrə bilikləri yoxlanacaq.
Yanvarın 23-də isə TQDK ilk dəfə tətbiq olunacaq açıq testlərə abituriyentlərin cavabların təhlil etmək üçün Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevirdə sınaq imtahanları keçirəcək.