“Biz şükür etməliyik ki, Heydər Əliyevin vəfatından sonra hakimiyyət Azərbaycanı dağıtmaq istəyən qüvvələrin deyil, məhz İlham Əliyevin əlinə keçdi”. Bu fikri dekabrın 23-də Baş nazirin müavini Əli Həsənov deyib.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “XXI əsrin 10 ili - Azərbaycanın inkişaf strategiyası” adlı tədbirdə çıxış edən Ə. Həsənov bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da Azərbaycanın ədəbiyyatı, təhsili və səhiyyəsinin inkişafında çox böyük rol oynayır:
“İlham Əliyevin qızı Leyla Əliyeva da Rusiyada yaşayan azərbaycanlı gənclərin bir araya gəlməsində böyük nailiyyətlər əldə edib. Bu onu deməyə əsas verir ki, Heydər Əliyev ailəsi siyasi ailədir və bu ailə Azərbaycan xalqının rifahı naminə uzun müddət xidmət edəcək”.
YAP-ın sədr müavini Əli Əhmədov isə bildirib ki, İlham Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycanın müstəqillik tarixi ən önəmli hadisələrlə yadda qalıb, iqtisadi inkişaf, dövlətin qüdrətlənməsi kimi hadisələr tarixə düşüb:
“Son 10 ildə bütün sahələr kimi ölkə iqtisadiyyatı da çox sürətlə inkişaf edib. Bu da ümummilli lider Heydər Əliyevin konseptual, uğurlu siyasi kursunun davam etdirilməsinin nəticəsidir”, - Əhmədov bildirib.
/Trend/