Aylardır ki, yerli məhkəmələrdə mülki mübahisə ilə bağlı bir hüquqi çəkişmə davam edir. Məhkəmə işini diqqətçəkən edənsə mülki mübahisədə tərəflərdən birinin prezident İlham Əliyevin əmisi, akademik və deputat Cəlal Əliyevin olmasıdır. Məhkəmə materiallarına istinad edərək bildirək ki, Cəlal Əliyevlə keçmiş biznes ortağı Sədiyar Zeynalov və sonuncunun ailə üzvləri arasında milyonlarla dəyəri olan əmlak mübahisəsi gedir.
1 saylı Bakı Yerli İqtisad Məhkəməsində gedən çəkişmənin predmeti «Sahibtac», «Azinvest Ko» və «Ayrza» müəssisələrinin əmlakı olub. Cəlal Əliyev müəssisələrin ləğv olunmasını istəyir. Partnyorları isə məhkəmələrdə qarşılıqlı iddia qaldırıblar ki, akademik onlardan nağd pul və əmlakdan pay almaqla yanaşı, məhkəmə vasitəsilə əmlakın qalan hissəsini də ələ keçirməyə çalışır.
QARŞILIQLI İDDİALAR...
Əvvəlcə Cəlal Əliyev və qızı İzzət Əliyeva 1 saylı Bakı Yerli İqstisad Məhkəməsində Sədiyar Zeynalova və onun həyat yoldaşı Şəhla Zeynalovaya qarşı «Sahibtac» Məhdud Məsuliyyətli Cəmiyyətin ləğv edilməsi və pul tələbinə dair iddia qaldırıblar. İddiaçılar Sədiyar Zeynalovdan və onun həyat yoldaşından müştərək qaydada 40.116.38 ABŞ dollarının tutulmasını, həmçinin Ədliyyə Nazirliyində 1994-cü ildə qeydiyyata alınmış «Sahibtac» Məhdud Məsuliyyətli Cəmiyyətin ləğv olunmasını xahiş ediblər. İddianı isə belə əsaslandırıblar ki, Zeynalovlar ortaqlıqda onları aldadıblar, ortaq qazandıqları pulları mənimsəyiblər, külli miqdarda vergidən yayınıblar.
Qarşı tərəf də sakit oturmayıb. Sədiyar Zeynalovun həyat yoldaşı Şəhla Zeynalova elə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində Cəlal Əliyevə və onun qızı İzzət Əliyevaya qarşı qarşılıqlı iddia qaldırıb. İddiasında göstərib ki, «Sahibtac» Məhdud Məsuliyyətli Cəmiyyət onun və həyat yoldaşı Sədiyar Zeynalovun nizamnamə kapitalındakı payı 50 faiz olmaqla təsis edilib. Firmanın adı da onların övladının adı ilə bağlı olub. 1992-ci ildən ofis biznesi və hüquqi xidmət göstərilməsi ilə məşğul olmağa başlayıblar. 1994-cü ildə bir neçə şirkət yaradıblar. Onların arasında «Sahibtac» və «Ayrza» MMC-lər də olub.
ORTAQLAR ARASINDA SOYUQLUQ YARADAN ORTAQ ƏMLAK
«Sahibtac MMC tərəfindən 1995-ci ildən 2002-ci ilədək şəhərin müxtəlif mərkəzi küçələrində 7 ofis binası tikilib. 2006-cı ildə isə Cəmiyyət Yasamal rayonu ərazisində çoxmənzilli yaşayış binası inşa etdirib. Binanın inşasına Cəlal Əliyev bir qəpik də pul qoymayıb. Hər halda onların ididasında bele deyilir. Üstəlik, Şəhla Zeynalovanın iddiasına görə, o binanın birinci mərtəbəsini də zəbt edərək qızının adına sənədləşdirib.
Şəhla Zeynalova məhkəməyə yazdığı qarşılıqlı iddia ərizəsində qeyd edir ki, ümumilikdə cəmiyyətin bu günə sahib olduğu bütün əmlakların ofis binaları üzrə 31 faizi, yaşayış binası da daxil olduqda isə 85 faizi Zeynalovlar ailəsinin vəsaitləri, 15 faizi isə Cəlal Əliyevin vəsaitləri hesabına yaradılıb və əldə edilib.
Birgə fəaliyyət müddətində Zeynalovlar tərəfindən 24.000 000 ABŞ dolları nağd pul vəsaiti verilib və onun üçün təxminən 50-60 milyon dollar dəyərində əmlak toplusu yaradılıb.
2004-cü ildə Cəlal Əliyevin həyat yoldaşı vəfat etdikdən sonra onun «Sahibtac» MMC-dəki vərəsəlik payı Cəlal Əliyevə və qızına keçib.
2007-ci ilin sonlarından ortaqlar arasında soyuqluq yaranıb. 2009-cu ildən isə bu iddialara görə Cəlal Əliyev ortaqlarını şirkətdən kənarlaşdırmağa başlayıb. Tələb edib ki, «Sahibtac»ın bütün əmlakı, o cümlədən Zeynalovların payına düşən əmlak, hətta heç bir aidiyyatı olmayan «Ayrza» MMC-nin əmlakı onun, qızının və nəvələrinin adına sənədləşdirilsin. Buna görə də məhkəmələrə müraciət edib.
17 MƏHKƏMƏ QƏRARI, ORTADASA NƏTİCƏ YOXDUR
İndiyədək 17 məhkəmə qərarı olsa da, məhkəmədə işə mahiyyətcə hələ baxılmayıb. Çünki hələlik tərəflər məhkəmələrdə bir-birlərinə qarşı qarşılıqlı iddialar verməklə məşğuldurlar . Məhkəmələr isə yalnız Cəlal Əliyevin iddialarını təmin edir, Zeynalovların iddiaları isə təmin olunmur. Cəlal Əliyev məhkəmə vasitəsilə keçmiş ortaqlarının şəxsi mənzillərinə və bağ evlərinə həbs qoydurub.
Cəlal Əliyevin vəkili Rasət Miriyev də Zeynalovların məhkəmələrdə qaldırdıqları qarşılıqlı iddiaları əsassız hesab edir. Vəkil AzadlıqRadiosuna bildirib ki, əslində Sadiyar Zeynalov akademiki aldadaraq, müəssisənin gəlirlərinin xeyli hissəsini mənimsəyib:
«Satılan evlərin nə müqaviləsini, nə də satışa görə əldə olunan 4 milyon 120 min manat pulu cəmiyyətin kassasına köçürüblər. Pulu özünə xərcləyib, ordan dövlətin vergisini də verməyib. Bu gün orda dövlətin vergisi 1 milyondan çoxdur. Vergilərdən də yoxlayıblar, bu ona indi şikayətlər etməyə başlayıb ki, bəlkə bu yolla vergidən yayına».
«ORTAĞI HƏR YERDƏ AKADEMİKİN ADINDAN SUİ-İSTİFADƏ EDİR»
Vəkil deyir ki, buna görə də Cəlal Əliyev ona heç nə borclu deyil. Vəkilin sözlərinə görə, Zeynalovların öz vəsaitlərini işə yatırması haqqında iddiaları həqiqətə uyğun deyil. Miriyevin sozlərinə gorə, Zeynalov işgüzar fəaliyyətində akademikin adından sui-istifadə edib:
«Bu gün də müəssisəni ona görə ləğv eləmir, Cəlal Əliyevin adından kimə gedib söz desə, onun akademikliyinə, yaşının çoxluğuna, hakimiyyətdəki fəaliyyətinə, o biri tərəfdən də ki, kimin qohumudur, məlumdur. Bu gün ondan istifadə edir, biz də bunun qarşısını almağa çalışırıq. Bütün dövlət orqanlarına demişik. Deyirlər «Sahibtac»ın, «Azinvest Ko»nun, adından Zeynalov Sədiyar gəlmişdi, deyirik qəbul etməyin».
Sədiyar Zeynalov hazırda BDU-nun Avropa hüququ kafedrasının müdiridir və eyni zamanda qeyd olunduğu kimi ailəvi bizneslə məşğul olur. Onun vəkili Rüstəm Zülfüqarov AzadlıqRadiosuna akademikə qarşı iddia olduğunu təsdiq edib. Ancaq bildirib ki, nə o, nə də hüquqlarını məhkəmələrdə müdadfiə etdiyi Sədiyar Zeynalov və sonuncunun həyat yoldaşı Şəhla Zeynalova Cəlal Əliyevlə aralarında olan mülki mübahisələrindən danışmaq istəyirlər.
Məhkəmə çəkişməsi isə davam edir. Növbəti – 17-ci məhkəmə işi dekabrin 22-də Bakı Apellyasiya Məhkəməsində baş tutub. Zeynalovların növbəti qarşılıqlı iddiaları təmin edilməyib. Yaxın günlərdə isə tərəflərin qarşılıqlı iddialarına 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində baxılmalıdır.
1 saylı Bakı Yerli İqtisad Məhkəməsində gedən çəkişmənin predmeti «Sahibtac», «Azinvest Ko» və «Ayrza» müəssisələrinin əmlakı olub. Cəlal Əliyev müəssisələrin ləğv olunmasını istəyir. Partnyorları isə məhkəmələrdə qarşılıqlı iddia qaldırıblar ki, akademik onlardan nağd pul və əmlakdan pay almaqla yanaşı, məhkəmə vasitəsilə əmlakın qalan hissəsini də ələ keçirməyə çalışır.
QARŞILIQLI İDDİALAR...
Əvvəlcə Cəlal Əliyev və qızı İzzət Əliyeva 1 saylı Bakı Yerli İqstisad Məhkəməsində Sədiyar Zeynalova və onun həyat yoldaşı Şəhla Zeynalovaya qarşı «Sahibtac» Məhdud Məsuliyyətli Cəmiyyətin ləğv edilməsi və pul tələbinə dair iddia qaldırıblar. İddiaçılar Sədiyar Zeynalovdan və onun həyat yoldaşından müştərək qaydada 40.116.38 ABŞ dollarının tutulmasını, həmçinin Ədliyyə Nazirliyində 1994-cü ildə qeydiyyata alınmış «Sahibtac» Məhdud Məsuliyyətli Cəmiyyətin ləğv olunmasını xahiş ediblər. İddianı isə belə əsaslandırıblar ki, Zeynalovlar ortaqlıqda onları aldadıblar, ortaq qazandıqları pulları mənimsəyiblər, külli miqdarda vergidən yayınıblar.
Qarşı tərəf də sakit oturmayıb. Sədiyar Zeynalovun həyat yoldaşı Şəhla Zeynalova elə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində Cəlal Əliyevə və onun qızı İzzət Əliyevaya qarşı qarşılıqlı iddia qaldırıb. İddiasında göstərib ki, «Sahibtac» Məhdud Məsuliyyətli Cəmiyyət onun və həyat yoldaşı Sədiyar Zeynalovun nizamnamə kapitalındakı payı 50 faiz olmaqla təsis edilib. Firmanın adı da onların övladının adı ilə bağlı olub. 1992-ci ildən ofis biznesi və hüquqi xidmət göstərilməsi ilə məşğul olmağa başlayıblar. 1994-cü ildə bir neçə şirkət yaradıblar. Onların arasında «Sahibtac» və «Ayrza» MMC-lər də olub.
ORTAQLAR ARASINDA SOYUQLUQ YARADAN ORTAQ ƏMLAK
«Sahibtac MMC tərəfindən 1995-ci ildən 2002-ci ilədək şəhərin müxtəlif mərkəzi küçələrində 7 ofis binası tikilib
Şəhla Zeynalova iddia ərizəsində daha sonra göstərib ki, 1997-ci ildə Sədiyar Zeynalov Cəlal Əliyevlə tanış olub. Ofis biznesi ilə məşğul olduqlarını biləndə Cəlal Əliyev Sədiyar Zeynalova birgə işləməyi təklif edib. Həmin ildə Cəlal Əliyevin mərhum həyat yoldaşı da «Sahibtac»a təsisçi kimi daxil olub. Cəlal Əliyev «Sahibtac» MMC tərəfindən aparılan tikinti işlərinə 1997-ci ildən 1999-cu ilin fevral ayına kimi 700.000 dollar nağd şəkildə tikintiyə və təxminən 400.000 dollar torpaq sahəsinin alınmasına pul qoyub. «Sahibtac MMC tərəfindən 1995-ci ildən 2002-ci ilədək şəhərin müxtəlif mərkəzi küçələrində 7 ofis binası tikilib. 2006-cı ildə isə Cəmiyyət Yasamal rayonu ərazisində çoxmənzilli yaşayış binası inşa etdirib. Binanın inşasına Cəlal Əliyev bir qəpik də pul qoymayıb. Hər halda onların ididasında bele deyilir. Üstəlik, Şəhla Zeynalovanın iddiasına görə, o binanın birinci mərtəbəsini də zəbt edərək qızının adına sənədləşdirib.