Ölən və yaralananlar var.
Məlumatlara görə mərkəzi Sidi-Buzid regionunda yeniyetmələrlə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.
Nümayişçilər polisləri daşa basıb,yandırıcı butulkalar atıblar.
Polis kütləni dağıtmaq üçün atəş açmalı olub.
Nəticədə 1 nəfər ölüb, polis də daxil olmaqla bir neçə nəfər isə yaralanıb.
Aksiyaya səbəb ölkədə işsizliyin səviyyəsinin yüksək olması, uzun müddət iş tapa bilməyən iki gəncin özlərini öldürməsi olub.