Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:11

Obama Brayzanı Azərbaycana səfir təyin edib


Prezident Barak Obama Metyu Brayzanı Azərbaycana səfir təyin edib. Ağ ev bunu dekabrın 29-da elan edib. Obama Azərbaycandan başqa daha 3 ölkəyə - Çexiya, Suriya və Türkiyəyə də səfir təyin edib.

Ağ evdən bildirilir ki, Senat tətildə olanda konstitusiya prezidentə səfiri birbaşa təyin etmək hüququ verilir.

Bir müddətdir ki, Brayzanın namizədliyi Konqresin yuxarı palatasının - Senatın təsdiqindən keçməli olsa da, konstitusiya prezidentə parlament tətildə olanda səfiri birbaşa təyin etmək hüququ verir. Prezident Obama Brayzanın səfir postuna namizədliyini mayın 26-da irəli sürmüşdü. Amma Senat indiyə kimi onun namizədliyini təsdiqləməmişdi.

Brayzanın namizədliyinin təsdiq olunamaması erməni lobbisinin narahatlığı ilə bağlı idi. Erməni Milli Komitəsi ABŞ senatorlarına müraciət edərək onları Amerikanın Cənubi Qafqazda maraqlarına toxunan məsələlərlə bağlı Brayzanin diplomatik fəaliyyətini diqqətlə araşdırmağa çağırmışdı.

Brayza 1988-ci ildən diplomatik fəaliyyətdədir. Onun son fəaliyyəti Cənubi Qafqazla, Azərbaycanla bağlı olub. Belə ki, 2006-cı ildən ATƏT-in Minsk qrupunun həmsədri postunu tutub, daha sonra dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsinə keçib.
XS
SM
MD
LG