Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 21:22

ATƏT Belarusu jurnalistlərə qarşı hücumlara son qoymağa cağırıb


.

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic Belarus xarici işlər naziri Sergey Martnyova yazdığı məktubda bildirib ki, ATƏT ötən ilin dekabrında keçirilən prezident seçkisindən sonra müşahidə edilən " jurnalistlərə qarşı tayı-bərabəri olmayan zorağılıq dalğasından, onların həbsindən və məhkəmə təqibindən narahatdır" və Belarus hakimiyyətini müstəqil jurnalistlərə qarşı hücumlara son qoymağa cağırır.

Mijatovic məktubunda "Naşa Niva" kimi müstəqil qəzetə, Belarusdakı Avropa Radisuna, Belsat televiziyasına basqınları xatırladıb. Eyni zamanda o, iki tanınmış jurnalistin - Rusiyanın "Novoya qazeta"nın müxbiri İrina Khalip və "Charter97" xəbər saytının redaktoru Natalya Radinanın həbsindən danışıb.

İki jurnalist "kütləvi iğtişaş" törətməkdə təqsirli bilinən 22 nəfərin arasındadır və onları 15 ilə qədər həbs cəzası gözləyir.

Mijatovic Belarus hakimiyyətini bu iki jurnalistin azadlığa buraxmağa çağırıb. O bildirib ki, vəzifə borcunu yerinə yetirmək üçün Minskə getməyə hazırdır.
XS
SM
MD
LG