İranla həmsərhəd olan Astara keçid məntəqəsinin önündə onlarla yük maşını növbəyə durub. Astara Yük Terminalının rəhbərliyi giriş haqqını dörd dəfəyə qədər qaldırıb.
Sürücülər terminala girmək üçün hər yük maşınına 8 manat verirdilərsə, yeni ildən 30 manat ödəməli olacaqlar. Buna etiraz edən Azərbaycan sürücüləri terminala girmək istəmirlər, ödəmə haqqının əvvəlki kimi, 8 manat olmasını tələb edirlər.
Sürücü Süleyman Əliyev deyir ki, Astara terminalı ödəmə haqqını qaldıranda, İran tərəfi də cavab tədbiri görür:
«Azərbaycan tərəfi 30 manata qaldırıbsa, İranın Astara gömrükxanası 50 manata qaldırıb. İran öz sürücülərindən bu pulu almır. Nəticədə biz həm burda, həm də İranda terminal haqqını ödəyirik. Son aylarda isə qazancımız xeyli azalıb. 5-6 manat pul qazanırıq onu da əlimizdən alırlar».
Səxavət adlı sürücü isə Astara terminalın işindən narazılıq etdi:
«İrana keçəndə, yükü oradakı terminalın həyətinə boşlatmalı oluruq. İran Azərbaycanın yük maşınlarını terminaldan kənara buraxmır. Astara terminalında isə heç bir yük boşaldılmır. İran maşınları yükü bizim kimi, mənzil başına aparır. Bizi məcbur edirlər ki, terminalın həyətindən keçib İrana gedək. Maşınların terminala girib-çıxması üçün pul alırlar. Halbuki, Astara gömrükxanasına daxil olmaq üçün ayrıca yol var. Bizi aldadıb pul alırlar».
TERMİNALIN XƏRCİ ARTIB. BƏS NƏ EDƏK?
Astara terminalının direktor müavini Rafael Abdullayev hər şeyin qanuni olduğunu deyir:
«Rəhbərlik belə məsləhət görüb. Özbaşına deyilik. Hər maşın 30 manat ödəyib terminala daxil olur. Terminalın həyətində nə qədər istəyirlər, o qədər də qalırlar. İranda isə terminal hər gün üçün 50 manat tələb edir. Terminalın xərci artıb. Bəs nə edək? Sürücüləri terminala dəvət etmişik. Bu gün 8 manat olacaq. Ancaq fevralın 1-dən qiymət qalxacaq».
Sabiq gömrük xidməti kapitanı Elman Hüseynov isə Astara terminalının bu hərəkətini qanunsuz hesab edir:
«Astara terminalı səhmdar cəmiyyətidir. Qəribədir ki, o, gömrük orqanının funksiyalarını yerinə yetirir. Adamları incidirlər, təhqir edirlər, qiyməti bahalaşdırırlar. Bu, özbaşınalıqdır. Əslində, yük maşınları terminalın həyətinə girməyə məcbur edilməməlidirlər. Kimsə yük boşaldırsa, ola bilər o maşın terminala daxil olsun. Bilmək olmur ki, Astara terminalı hansı xidmətə görə sürücülərdən bu qədər pul alır. Terminal xüsusi mülkiyyətdir. Gömrükxananın həyətində olan tərəzi də xüsusi mülkiyyətdir. Lazım olan adamlar üçün çörək yeri yaradıblar».