Keçid linkləri

2025, 21 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 03:26

Pakistanda 20 minlik nümayiş keçirilib


Pakistanın Karaçi şəhərində islamı təhqirə görə ölüm hökmünün ləğvinə qarşı mitinq keçirilib.

Mitinqdə təxminən 20 min adam iştirak edib.

Ölkənin keçmiş informasiya naziri Şerri Rəhman bu yaxınlarda islamı təhqirə görə cəzanın yüngülləşdirilməsini təklif edib.

Qeyd edək ki, bu təklifi dəstəkləyən Pəncab əyalətinin qubernatoru Salman Tasir ötən çərşənbə axşamı öz cangüdəni tərəfindən qətlə yetirilib.
XS
SM
MD
LG